Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.
Gündəm24.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Meyniman kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı kənd sakinləri – 2001-ci il təvəllüdlü Məmmədova Şəfa Ötər qızı, 1983-cü il təvəllüdlü Məmmədov Vəfa Bayram oğlu və daha bir nəfər xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.













