Son zamanlar ictimai nəqliyyatda baş verən dəyişikliklər və yeniliklər gündəmdədir. Avtobuslarda ödəniş üçün bank kartlarının (NFC sistemi) aktivləşməsi bu gündən baş tutub.
Gündəm24.az-ın Demokrat.az-a istinadən məlumatına görə, AYNA-nin kommunikasiya üzrə məsul şəxsi Tural Orucov bildirib ki, NFC ödəniş texnologiyasının daşıyıcı operatorların marşrutları üzrə mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub.
“Hazırda NFC ödəniş üsulu “BakuBus” MMC və “Xaliq Faiqoğlu” MMC-də tətbiq olunur”.
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.