Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub.
Gündəm24.az xəbər verir ki, proyeksiya 23 mart – Pakistan Günü münasibətilə həyata keçirilib.
Bu hadisəylə əlaqədar Pakistanın Azərbaycandakı səfirliyi “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib: “Bu axşam Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Pakistan bayrağının rəngləri ilə işıqlandırılıb. Qardaş ölkələrimiz bizimlə birlikdə Pakistanın Müstəqillik bayramını qeyd edir.
Təşəkkür edirik, Azərbaycan”, – deyə paylaşımda qeyd edilib.













