Bazar, Aprel 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Horovluya növbəti köç: açarlar təqdim olundu – FOTOLAR

27/11/2025 15:17
Gündəm
47 1
Horovluya növbəti köç: açarlar təqdim olundu – FOTOLAR
61
Baxış sayı

Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Gündəm24.az  xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları təhvil alaraq evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 38 ailə olmaqla 139 nəfər köçürülüb. Bununla da Horovlu kəndində 132 ailə olmaqla, 541 nəfərin məskunlaşması təmin olunub. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Gündəm24.az  xəbər verir ki, Horovlu kəndi bu gün 38 ailə olmaqla, 139 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə sevinc göz yaşları ilə qədəm qoyub və öz doğma yurdlarına qovuşaraq, yaradılan gözəlliyi seyr ediblər.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz və yüksəksürətli internetlə təmin olunub. Həmçinin Günəş panelləri quraşdırılıb. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış kəhrizlər bərpa edilib.

Kənddə 4,4 hektar ərazidə park kompleksi inşa olunub, Bayraq meydanı salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.

Horovluya növbəti köç: açarlar təqdim olundu - FOTOLAR

Horovluya növbəti köç: açarlar təqdim olundu - FOTOLAR

Horovluya növbəti köç: açarlar təqdim olundu - FOTOLAR

Horovluya növbəti köç: açarlar təqdim olundu - FOTOLAR

Oxşarxəbərlər

Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı – VİDEO
Gündəm

Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı – VİDEO

16/04/2026 11:35
56
Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
Gündəm

Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi

16/04/2026 09:52
55
Xalid Qarayev ABŞ-də HƏBS OLUNUB – FOTO
Gündəm

Xalid Qarayev ABŞ-də HƏBS OLUNUB – FOTO

16/04/2026 09:47
66
Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz
Gündəm

Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz

16/04/2026 08:04
56
Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…
Gündəm

Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…

15/04/2026 19:48
58
Uşaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ
Gündəm

Uşaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ

15/04/2026 18:46
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bədbəxt hadisə: 25 yaşlı gənc öldü

Bədbəxt hadisə: 25 yaşlı gənc öldü

18/04/2026 20:59
71
Ağır qəza: 9 yaşlı uşaq həyatını itirdi

Ağır qəza: 9 yaşlı uşaq həyatını itirdi

18/04/2026 20:44
60
ATIŞMA: Beş nəfər HƏLAK OLDU – bu ölkədə

ATIŞMA: Beş nəfər HƏLAK OLDU – bu ölkədə

18/04/2026 19:59
74
Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR gəldi – Bərpa edilə bilər!

Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR gəldi – Bərpa edilə bilər!

18/04/2026 19:52
61

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
59

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
79

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
156

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
74

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In