Həcc ziyarətinə sənəd qəbulu aprel ayının 15-nə qədər davam edəcək.
Gündəm24.az-ın məlumatına görə, bu barədə Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Kvotanın 93 faizi dolub, cəmi 7 faiz yer qalıb”, – deyə V.Cahangiri qeyd edib.
Xatırladaq ki, QMİ 2026-cı il həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib.














