Bakıda baş verən silahlı insidentin təfərrüatı məlum olub.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı güllələnən qadın 44 yaşlı Amalya Qəhrəmanovadır. Hadisədə şübhəli bilinən şəxs isə isə 43 yaşlı Zaur Qəhrəmanovdur.
Məlumata görə, kişi ov tüfəngi ilə keçmiş arvadını güllələyib, daha sonra özünə atəş açıb. O, xəstəxanaya yerləşdirilib.
**
Bakıda silahlı insident baş verib.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Nəsimi rayonu Mir Cəlal küçəsində baş verib.
Ər ailə münaqişəsi zəminində həyat yoldaşını ov tüfəngi ilə güllələyib. Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.














