Suriya ordusu ilk hərbi birləşmələrinin Fərat çayının qərbində yerləşən və YPG/SDG-nin nəzarəti altında olduğu bildirilən Deyr Hafir bölgəsinə girməyə başladığını açıqladı. YPG elementləri geri çəkilir.
Gündəm24.az xəbər verir ki, Suriya ordusu şimaldakı strateji əhəmiyyətli Deyr Hafir bölgəsini hədəf alan yeni hərbi hücum elan edib. İlkin bölmələrin artıq əraziyə daxil olduğu bildirilib, artilleriya və ağır silahların iştirakı ilə toqquşmalar davam edir. Suriya Müdafiə Nazirliyi, təmas xəttindən geri çəkilmə qərarı verən YPG elementlərini alqışlayaraq, Fərat çayının şərqindəki geri çəkilmə prosesini yaxından izləyəcəyini bildirib. Deyr Hafir, Fərat çayının qərbində yerləşir və hərbi-siyasi baxımdan kritik bir mövqeyə malikdir; bölgə son zamanlar Suriyanın şimalındakı nəzarət zonaları və təhlükəsizlik tənzimləmələri ilə bağlı müzakirələrdə ən diqqət çəkən yerlərdən biri hesab olunur.
Sədaqət Həsənova














