Bazar ertəsi, Mart 2, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlham Əliyev Ağdərənin 4 kəndinin sakinləri ilə görüşdü – FOTOLAR/YENİLƏNİB

13/01/2026 18:32
Manşet, Siyasət
51 1
İlham Əliyev Ağdərənin 4 kəndinin sakinləri ilə görüşdü – FOTOLAR/YENİLƏNİB
66
Baxış sayı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb.

Gündəm24.az xəbər verir ki, dövlət başçısını salamlayan qadın sakin dedi: Sənin boyuna qurban, canım sənin boyuna qurban.

Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz? Necə yerləşmisiniz burada?

Sakinlər: Yaxşı.

Prezident İlham Əliyev: Yaxşıdır hər şey?

Sakinlər: Yaxşıdır.

Prezident İlham Əliyev: Allaha şükür. Təbrik edirəm sizi.

Sakinlər: Sağ olun.

Prezident İlham Əliyev: Artıq üç gündür ki, Ağdərə rayonunun dörd kəndinə yerləşmisiniz. Bu münasibətlə sizi təbrik edirəm.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Bütün bu kəndlərdə olmuşam: Çapar, Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndləri. Evlər gözəl təmir olunub, bərpa edilib. Son iki il ərzində biz işğaldan azad edilmiş Ağdərə rayonunun bütün qəsəbələrində, kəndlərində monitorinq aparmışıq. Birinci mərhələdə bərpa olunan kəndləri müəyyən etmişik və artıq Ağdərə rayonunun doqquz kəndinə keçmiş köçkünlər qayıtmışlar.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət Zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir.

Kişi sakin: Sizin sayənizdə, cənab Prezident.

Prezident İlham Əliyev: Bizi güclü edən xalqımızdır, yumruq kimi birləşən millətimdir.

Sakinlər: Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev: Son iki il ərzində, – antiterror əməliyyatından sonra, – 2023-cü ildən bu yana bütün bu bölgələrdə – Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir. Beş il bundan əvvəl isə vaxtilə işğal altında olmuş digər ərazilərə köçkünlər qayıtmağa başlayıblar. Bu gün artıq 73 min insan – həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır. Burada şərait yaradılıb – işıq, su, qaz, yollar, iş yerləri.

Bu gün Qozlukörpü kəndində təxminən 15 meqavat gücündə Su Elektrik Stansiyasının açılışını qeyd etdik. Bu bölgə elektriklə tam təmin edilib. Hətta burada istehsal olunan enerji Azərbaycanın digər bölgələrinə də ötürülür. Yollar çəkilir. Buradan Tərtərə qədər, Kəlbəcərə qədər yollar tikilir, genişlənir. Bu gün “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə də tanış oldum. Orada 1000-ə yaxın iş yeri yaradılır. Yəni iş yerləri ilə bağlı heç bir problem olmayacaq. Həm dövlət, həm özəl sektor tərəfindən şərait yaradılır. Eyni zamanda, bu gözəl, səfalı, mənzərəli təbiətdən istifadə edərək əkinçilik, heyvandarlıq, arıçılıq, meyvəçilik – bütün bu işlərlə mütləq məşğul olmaq lazımdır ki, siz burada rahat, firavan yaşayasınız.

Kişi sakin: Bu gün üçün Sizə çox-çox təşəkkür edirik. Siz dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Sağ olun, var olun.

Qadın sakin: Mən Ağdərənin Çapar kəndindənəm. Mən bir şəhidin anasıyam, bir şəhidin də bacısıyam.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Qadın sakin: Bu gün mənim yanımda ikinci bir oğlum yoxdur. Azərbaycanın qeyrətli oğlanları mənim oğlumdur. Oğlum məni Sizə əmanət edib. Mən Azərbaycanın bütün şəhid anaları adından Sizə “Qarabağın qəhrəman oğlu” deyirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Siz də bizim ata yurdumuza, şəhidlərin qanı qədər, haqqı qədər müqəddəs olan Qarabağa, Ağdərəyə xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı, canı bahasına, qəhrəman döyüşçülərimizin şücaəti, rəşadəti hesabına biz bu gün bu torpaqlardayıq. Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Onu da bildirməliyəm ki, şəhidlərimizin qanını artıq biz döyüş meydanında aldıq. Onların qanı yerdə qalmayıb. İşğal dövründə dəfələrlə bu sözləri biz eşitmişik, işlətmişik və bu arzularla yaşamışıq. Çünki torpaqların itirilməsi, böyük sayda şəhidlərin şəhadətə ucalması – bütün bu ədalətsizliklər bizi xalq olaraq çox incidirdi, ancaq bizi sarsıtmadı. Biz əyilmədik, iradəmizi göstərdik və döyüş meydanında həm şəhidlərimizin qisasını aldıq, həm də torpaqlarımızı qaytardıq. Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində. Biz şanlı Zəfərimizi, Zəfər yürüşümüzü iki mərhələyə bölərək həm də cavanlarımızı qoruduq. Çünki əgər 2020-ci il noyabrın 10-da müharibə dayanmasaydı, bəlkə də minlərlə şəhid verməli olacaqdıq. O cümlədən, bax burada, bu dağlarda, Ağdərə dağlarında, Kəlbəcər dağlarında, Laçın dağlarında, Ağdamın minalanmış zolaqlarında minlərlə şəhid verə bilərdik. Biz onları qoruduq, onları qurban vermədik. Ancaq bilirdik ki, gün gələcək və biz bütün Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, mənfur düşməni torpaqlarımızdan qovacağıq və tam Qələbə qazanacağıq. İndi də burada, – bir tərəfdə şəhid anası, bir tərəfdə ağbirçək, – sizinlə bərabər durmuşuq. Bu, çox xoşbəxt bir hissdir, xoşbəxt bir gündür, gözəl bir gündür. Sizi ürəkdən təbrik edirəm, burada xoşbəxt yaşayın. Sağ olun.

Sakinlər: Allah Sizi qorusun!

Sonra foto çəkdirildi.

Kişi sakin: Cənab Prezident, Allahdan Sizə uzun ömür, cansağlığı arzu edirik. Həmişə bizim yanımızda olmusan, biz də sənin arxanda.

Digər kişi sakin: Allah o “dəmir yumruğ”u düşmənlərimizin başının üstündən əskik etməsin. Amin. “Dəmir yumruq”, “Qarabağ Azərbaycandır!”

Qadın sakin: Mənim ən böyük sevincim Vətənimə qayıtmaq olsa da, həyatda ən böyük arzum cənab Prezidentlə görüşmək idi. Getdiyim bütün yerlərdə deyirdim ki, bir gün mənim əlim o kişiyə çatacaq. Mənim əlim çatdı. Ən böyük sevincim, cənab Prezidentlə görüşməkdir.

Kişi sakin: Çox sağ olun. Allah Sizi qorusun.

Qadın sakin: Çox istərdim ki, gələcəkdə bir dəfə də Ağdərədə, Çaparda mənim evimin qonağı olasınız. Allahım Sizi qorusun. Amin.

Prezident İlham Əliyev: Gələrik, əlbəttə, hələ çox görüşəcəyik. Bu gün Ağdərə şəhərinin təzə Baş planı mənə təqdim ediləcək. Ağdərə şəhərini də biz yenidən quracağıq, necə ki, artıq doqquz kəndi abadlaşdırmışıq. Şəhəri də quracağıq. Bura çox gözəl bir sənaye və turizm mərkəzi olacaq. Bu səfalı yerlər göz oxşayır. Hər tərəf dağ, meşə, gözəl hava, bulaqlar, çaylar. Ona görə Ağdərənin gələcək inkişafı çox parlaq olacaq. İşğalçılar bu ərazidə faktiki olaraq heç bir salamat bina qoymayıblar. Bax, təmir edilmiş bütün bu binalar bu gün dövlət tərəfindən təmir edilib. Ancaq talançılıqla məşğul olublar. “Dəmirli” filiz yatağından bəlkə 2 milyard dollar dəyərində, bəlkə də çox mis aparıblar. Bu, talançılıqdır, qanunsuz istismardır. İndi biz qayıtmışıq, orada işlər qurulub. Qeyd etdiyim kimi, orada 900-dən çox, təqribən 1000-ə qədər iş yeri yaradılacaq. Özü də tapşırıq vermişəm ki, oraya cəlb olunacaq vətəndaşlar bu bölgədə yaşayan vətəndaşlar olmalıdır. İndi oranı genişləndirmək üçün mütləq əlavə sərmayə də qoyulacaq.

Kənd təsərrüfatı, turizm – yəni bura təbii bir cənnətdir. Amma mənfur düşmən buranı viran qoyub, burada daşı daş üstə qoymayıb. Onlar hər il erməni təşkilatları tərəfindən 100 milyonlarla pul yığırdılar. Onların bir manatını da, bir dollarını da buraya qoymayıblar, hamısını talayıblar. Bizim evlərimizi yandırıblar, sizi didərgin salıblar, 1 milyon insanı didərgin salıblar, Ağdamı yerlə-yeksan ediblər, Füzulini də, Zəngilanı da, Qubadlını da. Kəlbəcərdə, Laçında, Xocalıda qanunsuz məskunlaşmışdılar. Xocalıya bir eybəcər ad da vermişdilər, amma heç biri tutmadı. Çünki bu torpaqların sahibləri bizik, biz gəlmişik və biz qurub-yaradırıq.

Qadın sakin: Bütün bunlar Sizin güclü siyasətinizin nəticəsidir, cənab Prezident. Allah ömrünü uzun eləsin.

Prezident İlham Əliyev: Sağ olun. Bundan sonra ancaq müzəffər xalq kimi, qürurlu xalq kimi yaşayacağıq. İnşallah.

Sakinlər: Cənab Prezident, Siz dünyada Azərbaycan xalqının fəxrisiniz, minnətdarıq. Sağ olun, Sizi görməyimizə şad olduq.

17:50

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb.

Gündəm24.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev Ağdərənin 4 kəndinin sakinləri ilə görüşdü - FOTOLAR/YENİLƏNİB
İlham Əliyev Ağdərənin 4 kəndinin sakinləri ilə görüşdü - FOTOLAR/YENİLƏNİB
prezident-agdere-sakinleri-ile-gorusdu

İlham Əliyev Ağdərənin 4 kəndinin sakinləri ilə görüşdü - FOTOLAR/YENİLƏNİBİlham Əliyev Ağdərənin 4 kəndinin sakinləri ilə görüşdü - FOTOLAR/YENİLƏNİB
İlham Əliyev Ağdərənin 4 kəndinin sakinləri ilə görüşdü - FOTOLAR/YENİLƏNİB
İlham Əliyev Ağdərənin 4 kəndinin sakinləri ilə görüşdü - FOTOLAR/YENİLƏNİB
İlham Əliyev Ağdərənin 4 kəndinin sakinləri ilə görüşdü - FOTOLAR/YENİLƏNİB
İlham Əliyev Ağdərənin 4 kəndinin sakinləri ilə görüşdü - FOTOLAR/YENİLƏNİB
İlham Əliyev Ağdərənin 4 kəndinin sakinləri ilə görüşdü - FOTOLAR/YENİLƏNİB
İlham Əliyev Ağdərənin 4 kəndinin sakinləri ilə görüşdü - FOTOLAR/YENİLƏNİB

Oxşarxəbərlər

Prezident sərəncam imzaladı
Manşet

Prezident sərəncam imzaladı

02/03/2026 13:24
52
DYP sürücülük vəsiqəsi ilə bağlı mühüm xəbər yaydı: Mart ayının 26-dan etibarən…
CƏMİYYƏT

DYP sürücülük vəsiqəsi ilə bağlı mühüm xəbər yaydı: Mart ayının 26-dan etibarən…

02/03/2026 12:42
50
Trampın İrandan sonrakı hədəfi BU ÖLKƏ olacaq
Siyasət

Trampın İrandan sonrakı hədəfi BU ÖLKƏ olacaq

02/03/2026 10:53
66
İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış oldu – FOTO
Manşet

İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış oldu – FOTO

02/03/2026 10:44
61
Regionda vəziyyət kritik həddə çatdı — kütləvi təxliyə planları işə düşdü
Dünya

Regionda vəziyyət kritik həddə çatdı — kütləvi təxliyə planları işə düşdü

02/03/2026 08:55
63
Rəsmi bəyanat – Türkiyə və İran sərhədində sərnişin keçidi müvəqqəti dayandırılıb
Dünya

Rəsmi bəyanat – Türkiyə və İran sərhədində sərnişin keçidi müvəqqəti dayandırılıb

02/03/2026 08:40
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

02/03/2026 13:24
52
Daha bir ölkə İrana qarşı müharibəyə qoşulur – İDDİA- Yeniləndi

Daha bir ölkə İrana qarşı müharibəyə qoşulur – İDDİA- Yeniləndi

02/03/2026 13:12
53
Zirəddinin Xamenei proqnozu yanlış çıxdı

Zirəddinin Xamenei proqnozu yanlış çıxdı

02/03/2026 13:00
53
Azərbaycanlı müğənni bombalanan şəhərdə qaldı – Qayıda bilmir

Azərbaycanlı müğənni bombalanan şəhərdə qaldı – Qayıda bilmir

02/03/2026 12:57
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Regionda vəziyyət kritik həddə çatdı — kütləvi təxliyə planları işə düşdü

Regionda vəziyyət kritik həddə çatdı — kütləvi təxliyə planları işə düşdü

02/03/2026 08:55
63

Rəsmi bəyanat – Türkiyə və İran sərhədində sərnişin keçidi müvəqqəti dayandırılıb

Rəsmi bəyanat – Türkiyə və İran sərhədində sərnişin keçidi müvəqqəti dayandırılıb

02/03/2026 08:40
60

Münaqişə intensivləşir: Hizbullah döyüşlərə qoşulur, regional gərginlik artır

Münaqişə intensivləşir: Hizbullah döyüşlərə qoşulur, regional gərginlik artır

02/03/2026 07:11
65

Əraqçidən şok açıqlama: Xameneinin öldürülməsi hüquqi prinsipləri hədəf alır

Əraqçidən şok açıqlama: Xameneinin öldürülməsi hüquqi prinsipləri hədəf alır

02/03/2026 03:46
56

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In