Çərşənbə axşamı, Fevral 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlk dəfə TDT-yə üzv ölkələrin QHT-ləri toplanır

24/11/2025 09:12
Gündəm
39 1
İlk dəfə TDT-yə üzv ölkələrin QHT-ləri toplanır
51
Baxış sayı

Bu yaxınlarda Türk Dövlətləri Təşkilatına sədrliyi növbəti mərhələ üçün qəbul edən Azərbaycanın təşəbbüsü ilə təşkilata üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə bir yerə toplaşır.

Gündəm24.az xəbər verir ki, bu gün Bakıda – “Gülüstan” sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılışı olacaq.

Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edəcək. Bu, ümumi iştirakçı sayına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə indiyədək təşkil olunan ən böyük tədbirdir.

Artıq bütün nümayəndə heyətləri Bakıdadır. Onlar ötən gün Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Türk şəhidliyini, Zəfər parkını ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Bu gün işə başlayacaq forum çərçivəsində 2 panel müzakirəsi keçiriləcək. “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” adlı paneldə Zəngəzur dəhlizinin açılmasından sonrakı yeni vəziyyətə hazırlıq, bu istiqamətdə Türk dünyasının vətəndaş cəmiyyəti təsisatlarının təşəbbüsləri müzakirə olunacaq.

İkinci panel isə “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” olacaq. Belə ki, ikitərəfli əsasda 2022-ci ildə Azərbaycan-Türkiyə, 2023-cü ildə Azərbaycan-Özbəkistan, 2024-cü ildə Özbəkistan-Azərbaycan QHT-lərinin əməkdaşlıq forumları baş tutub. Bu silsilənin davamı olaraq, bu il Qazaxıstanla ikitərəfli əsasda QHT-lərin təcrübə, bilik mübadiləsi aparılacaq, əməkdaşlığın dərinləşdirilməsi imkanları araşdırılacaq. Qarşıdakı dövrdə Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Türkmənistanla da analoji tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu gün Bakıda – “Gülüstan” sarayındakı müzakirələrə bədii-mədəni proqramla yekun vurulacaq.

Sabah isə forum işini Naxçıvan şəhərində davam etdirəcək. Türk Dövlətləri Təşkilatının tarixinə 2009-cu il tarixli “Naxçıvan Sazişi” ilə düşmüş, təşkilat üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində təşkilata üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması gözlənilir. Bu, forumun mühüm qalıcı irsinə çevriləcək. Platformaya rəhbərliyi Türk Dövlətləri Təşkilatının hazırkı sədri kimi Azərbaycan edəcək. Platformada 8 ölkədən QHT-lər birləşəcək.

Qeyd edək ki, bu ilin aprelində Bakıda dünyanın üçdə iki hissəsini əhatə edən bölgədən – 115 ölkədən vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə Qlobal Cənub QHT Platforması da təsis olunub. Bu il, həmçinin dünya müsəlmanlarının 60 faizinin yaşadığı, “İslam Səkkizliyi” adlanan D-8 ölkələrinin QHT-lərinin ilk görüşü də Azərbaycanda təşkil olunub. 2025-ci il oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası” adlı panel müzakirəsində xüsusi vurğulanıb ki, son 2 ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması bu istiqamətdə aparılan prosesin mühüm tərkib hissəsidir.

Naxçıvanda sabah forum çərçivəsində “WUF13-ə doğru – Türk dünyasında ilk” adlı panel müzakirələri də təşkil olunacaq. Panel müzakirələrində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı nəhəng quruculuq və bərpa işlərinin miqyasının və sürətinin dünyanın postmünaqişə bölgələri üçün nümunə olması diqqət mərkəzində olacaq. Bundan başqa, Türk dünyası QHT-ləri 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunda fəal iştiraka dəvət olunacaq.

2025-ci il noyabrın 26-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçıları Naxçıvan MR-də bir sıra yerlərlə tanış olacaq. Foruma birgə bəyanatın qəbul olunması ilə yekun vurulması nəzərdə tutulur.

Oxşarxəbərlər

Bakıda nəqliyyat nazirlərinin görüşü keçiriləcək
Gündəm

Bakıda nəqliyyat nazirlərinin görüşü keçiriləcək

24/02/2026 14:26
51
Gediş kartının balansını belə artırın
Gündəm

Gediş kartının balansını belə artırın

24/02/2026 14:19
51
BDU-nun xanım tələbələri şantaj olunur? – İddia
Gündəm

BDU-nun xanım tələbələri şantaj olunur? – İddia

24/02/2026 13:37
51
Azərbaycanla İran bu məsələni müzakirə etdi – FOTOLAR
Gündəm

Azərbaycanla İran bu məsələni müzakirə etdi – FOTOLAR

24/02/2026 13:30
51
Bu rayonda ehsan verilməsi ləğv edildi
Gündəm

Bu rayonda ehsan verilməsi ləğv edildi

24/02/2026 13:00
51
Nazirlikdən diplom və attestatlarla bağlı QƏRAR
Gündəm

Nazirlikdən diplom və attestatlarla bağlı QƏRAR

24/02/2026 12:50
51

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıda nəqliyyat nazirlərinin görüşü keçiriləcək

Bakıda nəqliyyat nazirlərinin görüşü keçiriləcək

24/02/2026 14:26
51
Gediş kartının balansını belə artırın

Gediş kartının balansını belə artırın

24/02/2026 14:19
51
“Neftçilər” yaxınlığında yanan avtomobil söndürüldü – VİDEO

“Neftçilər” yaxınlığında yanan avtomobil söndürüldü – VİDEO

24/02/2026 14:15
51
Fransa ABŞ səfirini cəzalandırdı

Fransa ABŞ səfirini cəzalandırdı

24/02/2026 14:12
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Dənizdə güc nümayişi – Rusiya freqatı təlimdə aktiv mərhələyə qatıldı

Dənizdə güc nümayişi – Rusiya freqatı təlimdə aktiv mərhələyə qatıldı

24/02/2026 10:47
51

İki ölkə arasında mübahisə böyüyür – Ukraynanı maliyyə böhranı gözləyir

İki ölkə arasında mübahisə böyüyür – Ukraynanı maliyyə böhranı gözləyir

24/02/2026 10:13
58

Epşteyn dosyesində gözlənilməz qərar: Girov müqabilində azadlıq

Epşteyn dosyesində gözlənilməz qərar: Girov müqabilində azadlıq

24/02/2026 09:52
52

Moskva açıqladı – Budapeşt sazişi mövzusu müzakirəyə açıq deyil

Moskva açıqladı – Budapeşt sazişi mövzusu müzakirəyə açıq deyil

24/02/2026 09:39
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.