Avropa Parlamenti İranın bütün diplomatik heyəti və nümayəndələrinə qadağa qoyub.
Gündəm24.az xəbər verir ki, Avropa Parlamentinin prezidenti Roberta Metsola bazar ertəsi günü X sosial media platforması vasitəsilə İran İslam Respublikasının bütün diplomatik heyətinin və digər nümayəndələrinin Avropa Parlamentinə məxsus bütün binalara girməsinin qadağan olunduğunu açıqladı .
Metsola bildirib ki, Avropa Birliyinin qanunvericilik orqanı olan parlament “işgəncə, repressiya və qətl yolu ilə sağ qalan bu rejimin qanuniləşdirilməsinə kömək etməyəcək”.
İrandakı etirazlarla bağlı son vəziyyət.
İranda 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında dükan sahibləri tərəfindən başlayan etirazlar ölkənin bir çox şəhərinə yayıldı.
Etirazlarda ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verilməsə də, ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) 12 yanvarda (etirazların 16-cı günü) dərc etdiyi hesabatda təhlükəsizlik işçiləri də daxil olmaqla etirazlarda ölənlərin sayının 503 olduğunu bildirib.
Sədaqət Həsənova














