İran Hörmüz boğazı üzərində mütləq nəzarətini elan edərək, strateji su yolunu xarici gəmilərin üzünə bağlayıb. İranın “Tasnim” agentliyinə danışan yüksəkrütbəli hərbi rəsmi bildirib ki, bundan sonra Tehranın rəsmi icazəsi olmadan heç bir gəmi boğazdan keçə bilməyəcək. Mənbə qeyd edib ki, istənilən tranzit cəhdi ciddi şəkildə İranın təsdiqinə tabe olacaq və bu qərardan geri çəkilmək niyyətləri yoxdur.
Gündəm24.az xəbər verir ki, hazırda Hörmüz boğazında gəmilərin hərəkəti tamamilə dayanıb. Agentliyin məlumatına görə, bölgədəki gərginlik o həddə çatıb ki, hətta boğazdan keçmək niyyətində olan ABŞ-ın hərbi esminesinə də icazə verilməyib. İranın bu kəskin addımı Pakistanda davam edən danışıqlar fonunda bölgədəki hərbi status-kvonun Tehranın xeyrinə dəyişdirilməsi və Vaşinqtona birbaşa təzyiq rıçağı kimi qiymətləndirilir. Dünyanın ən mühüm enerji dəhlizlərindən birinin bu şəkildə qapadılması qlobal bazarlarda narahatlığı artırıb./KONKRET.az/














