Agentliyin məlumatına görə, 45 nəfər yaralanıb.
Gündəm24.az xəbər verir ki, Tasnim xəbər agentliyinin məlumatına görə, ABŞ və İsrailin İranın qərbindəki Lorestan əyalətinin Xorrəmabad şəhərinə endirdiyi hava hücumu nəticəsində doqquz nəfər ölüb, 45 nəfər isə yaralanıb. Ölənlər arasında bir müəllim və iki məktəbli də var.
28 fevraldan etibarən ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla, ölkənin bir sıra böyük şəhərləri zərbələr alıb. Ağ Ev hücumu İrandan gələn raket və nüvə təhdidləri iddiaları ilə əsaslandırıb.
İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri hədəf alaraq cavab əməliyyatı elan edib, həmçinin Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki ABŞ hərbi bazalarına da zərbələr endirilib. Ali Rəhbər Ayətullah Əli Xamenei və bəzi digər İran liderləri ABŞ-İsrail birgə hücumunda öldürülüb.
Sədaqət Həsənova














