Cümə, Mart 6, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“İran qələbəmizi 6 ildir ki, həzm edə bilmir” – AÇIQLAMA

06/03/2026 13:00
Manşet, Siyasət
53 3
“İran qələbəmizi 6 ildir ki, həzm edə bilmir” – AÇIQLAMA
71
Baxış sayı

Xəbər verdiyimiz kimi, dünən İran tərəfindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib. Hücum nəticəsində Azərbaycana məxsus mülki təyinatlı obyektlər zərər görüb.

Bu hadisə regionda gərginliyi daha da artırıb və Azərbaycan-İran münasibətlərində ciddi narahatlıq yaradıb. İranın Azərbaycana qarşı dron hücumları regionda təhlükəsizlik narahatlıqları yaradır.

Bəs görəsən, bu, iki ölkə arasında açıq hərbi münaqişəyə səbəb ola bilərmi?

Siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlamasında bildirib ki, İran tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumu əsaslandırmalar nə olursa olsun qəbul edilməz bir hadisədir. Onun sözlərinə görə, Rəsmi Bakı hər daim İran İslam Respublikası ilə mehriban qonşuluq siyasətinə sadiq qalıb:

 

 

“Azərbaycan İrana tətbiq edilən heç bir sanksiyaya qoşulmayıb və heç vaxt öz ərazisindən sözügedən ölkəyə qarşı plasdarm kimi istifadə edilməyə icazə verməyib. Bütün bunlar ilk növbədə Azərbaycanın sağlam xarici siyasət kursu həyata keçirdiyinin, sülh və təhlükəsizliyə nə qədər dəyər verdiyinin göstəricisidir. Lakin çox təəssüf ki, eyni rasional yanaşmanı biz cənub qonşumuzdan müşahidə etməmişik. İran artıq 6 ildir Azərbaycan əlehinə açıq şəkildə qərəzli siyasət həyata keçirir. Qələbəmizi həzm edə bilmir və regionda formalaşan yeni geosiyasi reallıqları qəbul etmək istəmir. Sərhədlərimizdə məhz bizi hədəf alan hərbi təlimlər, səfirliyimizə edilən terror hücumu əslində molla rejiminin simasızlığını göstərən əsas faktordur. İndi isə yenə eyni tip xain yanaşma ilə qarşı-qarşıyayıq. Aydındır ki, bu tip hərbi ritorika davamlı xarakter alacağı təqdirdə iki ölkə arasında geridönülməz situasiya formalaşar. Cənab Prezident İlham Əliyevin məlum hadisə sonrası Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlər məhz İran üçün ciddi siqnal olmalıdır”.

Siyasi şərhçinin fikrincə, İran tərəfi Azərbaycanla müharibə ehtimalını gözə ala bilməz:

“Çünki bu səhv addım ilk növbədə İranın parçalanması ilə nəticələnə bilər. İran ordusunun və SEPAH-ın sıralarında minlərlə soydaşımız xidmət edir və onlar müşahidə etdiyimiz əsaslar üzərindən etiraz əlaməti olaraq artıq xidmət sıralarını tərk edirlər. Bu ABŞ-İsrail koalisiyanın zərbələri fonunda Tehranın arzu etməyəcəyi bir ssenaridir. Azərbaycan da öz növbəsində İranla hər hansı bir münaqişənin başlamasında maraqlı deyil. Biz regionda sülhün və təhlükəsizliyin bərqərar olunmasında əməli fəaliyyət həyata keçiririk. Hətta ölkə Konstitusiyasının 9-cu maddəsində belə başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edirik. Hesab edirəm ki, bu hər bu məsələnin mahiyyətini dərk etməyə kifayət edir. Lakin Azərbaycan istənilən hərbi təcavüzə lazımı səviyyədə cavab vermək potensialına malikdir və heç bir dövlət bu səddi keçməli deyil”.

Oxşarxəbərlər

Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
Manşet

Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi

06/03/2026 22:29
58
Avropa Şurasının Prezidenti Azərbaycana gəlir
Dünya

Avropa Şurasının Prezidenti Azərbaycana gəlir

06/03/2026 19:22
67
Prezident Azərbaycan qadınlarını təbrik etdi
CƏMİYYƏT

Prezident Azərbaycan qadınlarını təbrik etdi

06/03/2026 18:19
68
“Azərbaycan tək deyil” – Deputat İlham Əliyevin mesajlarını şərh ETDİ
Siyasət

“Azərbaycan tək deyil” – Deputat İlham Əliyevin mesajlarını şərh ETDİ

06/03/2026 18:08
64
XİN Azərbaycanın yanında olan ölkə və təşkilatlara təşəkkür etdi
Siyasət

XİN Azərbaycanın yanında olan ölkə və təşkilatlara təşəkkür etdi

06/03/2026 16:59
72
Baş nazir qərar İMZALADI
Siyasət

Baş nazir qərar İMZALADI

06/03/2026 16:45
66

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ermənilərin qorxduğu ölkələr: Görün ilk “üçlük”də hansılardır

Ermənilərin qorxduğu ölkələr: Görün ilk “üçlük”də hansılardır

06/03/2026 23:35
50
Onminlərlə döyüşçü İrana yeridildi

Onminlərlə döyüşçü İrana yeridildi

06/03/2026 23:21
50
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı

Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı

06/03/2026 23:18
59
Sabiq deputat hakimiyyəti zorla ələ keçirməkdə ittiham olundu

Sabiq deputat hakimiyyəti zorla ələ keçirməkdə ittiham olundu

06/03/2026 23:01
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
76

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
59

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

06/03/2026 06:19
72

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

06/03/2026 05:29
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.