İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın keçmiş hərəkətləri səbəbindən Tehranla Vaşinqton arasında böyük bir etimadsızlıq divarının yarandığını bildirib və əlavə edib: “Bir il əvvəl ABŞ bizə hücum edəndə biz danışıqlar prosesində idik. Ümid edirəm ki, danışıqlarda irəliləyiş əldə etmək üçün etimad yaranacaq”.
Gündəm24.az xəbər verir ki, Fars Xəbər Agentliyinin məlumatına görə, İranın xarici işlər naziri Arakçi İranda İslam İnqilabının 47-ci ildönümü mərasimində Tehrandakı səfirlər qarşısında çıxış edib. O bildirib ki, ölkəsi ABŞ ilə danışıqların yenilənməsinə ciddi yanaşır və real nəticələr əldə etməyi hədəfləyir, ABŞ-ın da eyni ciddiliyi göstərməsi və nəticəyə yönəlmiş danışıqlara hazır olması vacibdir. “Gərginliyi azaltmaq üçün çalışmağa davam edəcəyik” – deyə Arakçi əlavə edib.
Nazir ABŞ-ın keçmişdəki mövqeyinə görə etimadsızlıq divarının yaradıldığını vurğulayıb: “Bir il əvvəl ABŞ bizə hücum edəndə biz danışıqlar prosesində idik. Ümid edirəm ki, danışıqlarda irəliləyiş əldə etmək üçün etimad yaranacaq.”
Arakçi diplomatiyanın müharibə və təcavüz üzərində qələbə qazanmasını istədiyini bildirərək, İranın qonşularla sıx əməkdaşlıq etdiyini və regional sülh, sabitlik və gərginliyin azaldılması üçün əməkdaşlıqlarını davam etdirəcəyini söyləyib. O, 2025-ci ilin iyununda 12 günlük müharibə zamanı yaranan böhran və internet kəsintiləri, eləcə də dekabr ayında başlayan nümayişlər səbəbindən xarici missiya rəhbərlərindən üzr istədiyini də qeyd edib.
Sədaqət Həsənova














