ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın dörd həftə və ya daha az davam edə biləcəyini bildirib. O, bu barədə Daily Mail nəşrinə müsahibəsində danışıb.
“Biz bunun təxminən dörd həftə çəkəcəyini hesablamışıq. Proses mürəkkəb olsa da, əməliyyat dörd həftə və ya daha az vaxt aparacaq”, – deyə Tramp qeyd edib.
Gündəm24.az xəbər verir ki, prezident həmçinin ABŞ-ın bölgədə əməliyyat başa çatdıqdan sonra İran rəhbərliyi ilə təmaslara açıq olduğunu vurğulayıb. Bununla yanaşı, o, əməliyyat zamanı ABŞ Silahlı Qüvvələri arasında itkilərin mümkünlüyünü də istisna etməyib.
Xatırladaq ki, 28 fevralda İsrail Müdafiə Nazirliyi İrana hücum elan edib və daha sonra ABŞ və İsrail qüvvələri tərəfindən ölkəyə genişmiqyaslı raket zərbələri endirilib./infoaz.media














