İran ölkədən təxminən 3 800 kilometr aralıda yerləşən Hind okeanındakı Dieqo-Qarsiya adasındakı Böyük Britaniya-ABŞ birgə bazasına iki ballistik raket atıb.
Gündəm24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşri məlumatlandıran mənbələrə görə, raketlər hədəflərinə çata bilməyib.
ABŞ ordusu raketlərdən birini zərərsizləşdirmək üçün “SM-3” raketi buraxıb. Lakin əməliyyatın uğurlu olub-olmadığı məlum deyil.













