Şənbə, Aprel 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İrəvandan Bakıya qarşı ağlasığmaz addım – Gərginlik yenidən arta bilər

10/12/2025 06:00
Manşet, Siyasət
70 1
İrəvandan Bakıya qarşı ağlasığmaz addım – Gərginlik yenidən arta bilər
90
Baxış sayı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla Avropa İttifaqı arasında imzalanan sənədə sərt reaksiya verib. XİN sənəddə yer alan müddəaların sülh gündəminə uyğun olmadığını qeyd edib. Sözügedən sənəd Ermənistanın hərbiləşdirilməsini, Azərbaycana qarşı ittihamları və əldə olunan razılaşmaların bloklanmasını özündə əks etdirir.

Bu sənəd nəyə gətirib çıxara bilər? Ermənistan sülhdən və Bakı ilə razılaşmalardan imtina edir?

Gündəm24.az  Globalinfo.az-a istinadla xəbər verir ki, politoloq Elman Telmanoğlu deyib ki, rəsmi Bakının Ermənistanla Aİ arasında imzalanan sənədə verdiyi sərt reaksiya tam əsaslıdır:

“Bu sənəd mahiyyətcə regionda formalaşmaqda olan sülh gündəmini pozur və Ermənistanın destruktiv siyasətini bir daha üzə çıxarır. Sənəddə yer alan bir sıra müddəalar, xüsusilə də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dolayı formada şübhə yaradan məqamlar, real sülh prosesinə zidd addım kimi qiymətləndirilməlidir.

Ermənistanın bu sənədlə Avropa İttifaqı kimi tərəfdaş strukturlara arxalanaraq öz məsuliyyətindən yayınmağa çalışdığı görünür. Halbuki regionda sabitliyin yeganə təminat yolu birbaşa Bakı ilə danışıqlar və ədalətli sülh sazişinin imzalanmasıdır.

İrəvandan Bakıya qarşı ağlasığmaz addım - Gərginlik yenidən arta bilər

Bu cür sənədlər Ermənistanın sülh prosesindən uzaqlaşmağa meyilliyinin göstəricisidir və Bakının irəli sürdüyü real, beynəlxalq hüquqa əsaslanan şərtləri qəbul etmədiyini göstərir. Nəticə etibarilə, belə addımlar regionda gərginliyin azalmasına deyil, tam əksinə, yenidən artmasına gətirib çıxara bilər. Azərbaycanın mövqeyi isə dəyişməzdir: sülh yalnız qarşılıqlı hörmət, sərhədlərin tanınması və qeyri-real tələblərdən imtina əsasında mümkündür”.

Politoloq Rəşad Bayramov isə məsələyə belə münasibət bildirib:

“Azərbaycan Xarici İşlər Nazirliyinin Aİ–Ermənistan arasında imzalanan “Strateji Gündəlik” sənədinə sərt reaksiyası “post-münaqişə reallıqlarına zidd”, “qərəzli” və “antisülh” mövqeyə olan reaksiyadan irəli gəlir. Həqiqətən də sənəddə yer alan bir sıra müddəalar post-münaqişə dövründə formalaşmış reallıqları təhrif etməklə yanaşı, ikitərəfli sülh gündəliyinə də ziddir. Xüsusilə “Qarabağ erməniləri”nin “qaçqın və ya didərgin düşmüş şəxslər” kimi təqdim edilməsi, eləcə də Ermənistanla Aİ arasında təhlükəsizlik və müdafiə əməkdaşlığının intensivləşdirilməsi, Azərbaycanın narahatlığını artıran əsas faktorlardandır. Rəsmi Bakı haqlı olaraq hesab edir ki, bu yanaşma 2020-ci ildən sonra regionda formalaşan real vəziyyəti təhrif edir və iki ölkə arasında sülh gündəliyinə xələl gətirir.

Aİ–Ermənistan tərəfdaşlığında Azərbaycanla bağlı məsələlərin birtərəfli şəkildə sənədə daxil edilməsi ilk növbədə İrəvanın danışıqlardakı mövqeyini süni şəkildə gücləndirməyə istiqamətlənmiş addım kimi qiymətləndirilməldiir. Sənəd Ermənistan üçün “beynəlxalq dəstək görüntüsü” yaradır, bu isə ona Azərbaycan qarşısında sərt mövqe sərgiləmək imkanı verir. Nəticədə Ermənistanın sülh prosesində konstruktivlikdən uzaqlaşması və öhdəliklərdən yayınmaq cəhdləri güclənə bilər. Belə bir sənəd İrəvanda sülh sazişinə alternativ siyasi dayaqların mövcudluğu təəssüratı yaradır ki, bu da Azərbaycanın təşəbbüsləri əsasında aparılan ikitərəfli danışıqların dinamikasına mənfi təsir göstərir”.

Politoloq qeyd edib ki, Aİ-nin bu sənədlə regionda daha fəal rol almaq istəyi də açıq şəkildə görünür:

“Tərəfdaşlıq gündəliyi Aİ-nin Cənubi Qafqazda geosiyasi iştirakını artırmaq, Rusiyanın zəiflədiyi bir dövrdə boşluqları doldurmaq və Ermənistanı strateji tərəfdaş kimi möhkəmləndirmək məqsədi daşıyır. Bu isə regional balansın dəyişməsi və sülh prosesinin daha çox beynəlxalq təsirlərə məruz qalması deməkdir. Belə yanaşma ikitərəfli Azərbaycan–Ermənistan formatının mahiyyətini zəiflədə, sülhün tərəflər arasında qarşılıqlı anlaşmaya əsaslanmasına mane ola bilər.

İrəvandan Bakıya qarşı ağlasığmaz addım - Gərginlik yenidən arta bilər

Sənəddə Azərbaycanın maraqlarına zidd müddəaların yer alması həm də Ermənistanın 2020-dən sonrakı reallıqları qəbul etmək istəmədiyini göstərir. “Qurbanlıq narrativi”nin yenidən gündəmə gətirilməsi Ermənistan cəmiyyətinə də ünvanlanan siyasi mesajdır və daxili legitimliyi möhkəmləndirməyə hesablanıb. Bu isə İrəvanın sülh prosesindən uzaqlaşması riskini artırır.

Nəticə etibarilə, Aİ-Ermənistan sənədində Azərbaycanı hədəfləyən yanaşmalar regionda sülhün möhkəmlənməsinə deyil, daha çox siyasi balansların dəyişdirilməsinə xidmət edir. Bu addım gərginliyi artırmaqla yanaşı, sülh prosesinin mürəkkəbləşməsinə və uzunmüddətli perspektivdə qeyri-müəyyənliyin artmasına səbəb ola bilər”.

Oxşarxəbərlər

Liderlərin səmimi görüşündən- FOTOLAR
Siyasət

Liderlərin səmimi görüşündən- FOTOLAR

17/04/2026 16:59
55
İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılışında
Manşet

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılışında

17/04/2026 16:10
55
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi
Manşet

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
59
Azərbaycan XİN Suriyanı təbrik etdi
Siyasət

Azərbaycan XİN Suriyanı təbrik etdi

17/04/2026 10:59
71
Əli Əsədov SƏRƏNCAM İMZALADI
Siyasət

Əli Əsədov SƏRƏNCAM İMZALADI

17/04/2026 10:42
60
ABŞ Suriyadan hərbi qüvvələrini çıxartdı
Siyasət

ABŞ Suriyadan hərbi qüvvələrini çıxartdı

17/04/2026 08:44
71

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Kartından 4800 manat oğurladılar, zəng edərək gülə-gülə ələ saldılar – VİDEO

Kartından 4800 manat oğurladılar, zəng edərək gülə-gülə ələ saldılar – VİDEO

18/04/2026 10:16
50
ABŞ İranla barışdı – Bakıda balıq ucuzlaşdı – Reportaj

ABŞ İranla barışdı – Bakıda balıq ucuzlaşdı – Reportaj

18/04/2026 09:33
55
Neftçalada ağır qəza: ölən var

Neftçalada ağır qəza: ölən var

18/04/2026 09:23
57
Hava ilə bağlı XƏBƏRDARLIQ

Hava ilə bağlı XƏBƏRDARLIQ

18/04/2026 09:13
68

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
59

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
79

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
156

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
72

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.