Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İslam dünyası üçün mühüm gəlişmə: 8 ölkə bu təklifə Bakıda “hə” dedi

22/11/2025 13:32
Manşet, Siyasət
814 17
İslam dünyası üçün mühüm gəlişmə: 8 ölkə bu təklifə Bakıda “hə” dedi
688
Paylaşım sayı
955
Baxış sayı

İnkişaf etməkdə olan böyük müsəlman ölkələrini bir platformada birləşdirən D-8 təşkilatının iqtisadi çəkisi, ticarət həcmi və demoqrafik üstünlüyü onu qlobal sistemdə yüksələn güc mərkəzlərindən birinə çevirir.

Təşkilata yeni üzv olan Azərbaycanın son illərdə həyata keçirdiyi çoxvektorlu siyasət bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. D-8 çərçivəsində media və informasiya sahəsində əməkdaşlıq perspektivləri isə ayrı bir strateji xətt kimi önə çıxır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Media Mükəmməllik Mərkəzinin yaradılması və media forumunun keçirilməsi bu istiqamətdə yeni mərhələnin əsasını qoyur. Ekspertlərin fikrincə, sözügedən addımlar həm D-8-in informasiya mühitində daha güclü təmsilçilik qazanması, həm də Azərbaycanın regional media mərkəzinə çevrilməsi baxımından mühüm nəticələr vəd edir.

D-8-in media sahəsində əməkdaşlığı hansı konkret layihələr üzərindən genişlənə bilər? Azərbaycanın çoxvektorlu siyasəti D-8 çərçivəsində nə kimi yeni imkanlar açır? Bakıda yaradılan Media Mükəmməllik Mərkəzi təşkilatın informasiya gücünü hansı istiqamətlərdə artıra bilər?

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, deputat Elçin Mirzəbəyli deyib ki, D-8 uzun illərdir inkişaf etməkdə olan böyük müsəlman ölkələrini bir platformada birləşdirən və bu gün artıq 2 milyarddan çox insanın yaşadığı geniş coğrafiyanı təmsil edən strateji quruma çevrilməkdədir:

“Təşkilatın iqtisadi çəkisi, geniş ticarət dövriyyəsi, demoqrafik üstünlüyü və çoxşaxəli əməkdaşlıq imkanları onu qlobal sistemdə yüksələn güc mərkəzlərindən biri kimi təqdim olunmasına zəmin yaradır. Enerji, logistika, istehsal, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və innovasiya kimi sahələrdə qarşılıqlı asılılığın artması, D-8 ölkələri arasında qarşılıqlı investisiyaların genişlənməsi təşkilatın potensialını yeni mərhələyə daşıyır. Bu güc amili, yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də geosiyasi konfiqurasiyada yeni və alternativ mərkəzin formalaşmasına əsas verir.

Azərbaycanın son illərdə həyata keçirdiyi çoxvektorlu siyasət D-8-in inkişaf trayektoriyası ilə üst-üstə düşən mühüm strateji xəttdir. Prezident İlham Əliyevin BMT-də, Danimarkada, Mərkəzi Asiyada, Türk Dövlətləri Təşkilatında və digər beynəlxalq platformalarda iştirakı Azərbaycanın həm regional, həm də trans-regional proseslərdə fəal təsir gücünə malik olduğunu göstərir. Bu siyasət Azərbaycanın eyni vaxtda Avropa–Asiya qovşağında yerləşən tranzit ölkə kimi rolunu möhkəmləndirir, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, yaşıl enerji və rəqəmsal inteqrasiya sahələrində yeni əməkdaşlıq formatlarının təşəkkül tapmasına imkan verir. Azərbaycanın çoxşaxəli diplomatik xətti D-8 ölkələri ilə ticarət, investisiya, enerji mübadiləsi və texnoloji tərəfdaşlıqda real nəticələr doğura biləcək geniş imkanlar yaradır. Xüsusilə Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi ideyası, Orta Dəhliz və Bakı-Tbilisi-Qars xətti kimi qlobal logistik layihələr D-8 məkanında iqtisadi əlaqələrin genişlənməsi üçün yeni geoiqtisadi kanal açır”.

Deputat bildirib ki, D-8 çərçivəsində media və informasiya sahəsində əməkdaşlıq perspektivləri isə bu təşkilatın gələcək inkişafının əsas strateji sütunlarından biri kimi formalaşır:

“Məlumat müharibələrinin, dezinformasiya axınlarının və qlobal informasiya asimmetriyasının gücləndiyi dövrdə müsəlman ölkələrinin informasiya sahəsində birgə fəaliyyəti həm təhlükəsizlik, həm imic, həm də iqtisadi perspektiv baxımından həyati zərurətə çevrilib. Azərbaycanın son illərdə media islahatları və informasiya ekosisteminin modernləşdirilməsi sahəsində atdığı addımlar bu istiqamətdə xüsusi nümunə təşkil edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Media Mərkəzinin yaradılması və beynəlxalq media forumunun keçirilməsi D-8 məkanında informasiya inteqrasiyasının başlıca platformasına çevrilə bilər. Bu mərkəz həm vahid informasiya şəbəkəsinin qurulması, həm də D-8 ölkələrinin qlobal informasiya məkanında daha təsirli və koordinasiyalı şəkildə çıxış etməsi üçün yeni imkanlar açır.

İslam dünyası üçün mühüm gəlişmə: 8 ölkə bu təklifə Bakıda "hə" dedi

Media əməkdaşlığının genişlənməsi bir sıra konkret layihələr üzərindən reallaşa bilər. İlk növbədə, D-8 ölkələri arasında birgə xəbər agentliyi və ya “D-8 News Hub” kimi rəqəmsal informasiya platformasının yaradılması vahid məlumat axını formalaşdıraraq təşkilatın qlobal səviyyədə kommunikasiya imkanlarını gücləndirə bilər. İkinci istiqamət media təlim proqramları, jurnalist mübadiləsi və peşəkar hazırlıq layihələridir ki, bu, informasiya keyfiyyətini artırmaqla yanaşı, region ölkələrinin media standartlarının yaxınlaşmasına təkan verəcək. Eyni zamanda, informasiya təhlükəsizliyi, rəqəmsal medianın tənzimlənməsi, süni intellektin media mühitinə təsiri kimi sahələrdə ortaq tədqiqat mərkəzlərinin qurulması da əməkdaşlığın elmi əsaslarını möhkəmləndirər. Azərbaycan bu prosesdə həm infrastruktur, həm kadr potensialı, həm də siyasi iradə baxımından mühüm rol oynayacaq.

Bakıda yaradılan Media Mərkəzi təşkilatın informasiya gücünü bir neçə istiqamətdə artıra bilər: vahid kommunikasiya strategiyasının hazırlanması, D-8 ölkələrinin qlobal media məkanında brend kimi tanıdılması, dezinformasiyaya qarşı ortaq müdafiə mexanizmlərinin formalaşması və böyük auditoriyalara çıxış imkanlarının genişlənməsi. Bu mərkəz Azərbaycanı regional media qovşağına çevirərək həm geosiyasi, həm də informasiya diplomatiyasının yeni səviyyəsini təmin edəcək. Burada keçirilən forumlar, təlimlər və əməkdaşlıq proqramları həm də D-8 ölkələrinin informasiya siyasəti arasında körpü rolunu oynayacaq”.

E.Mirzəbəylinin sözlərinə görə, D-8 ölkələrinin gənc əhalisi informasiya və rəqəmsal media baxımından böyük strateji potensial yaradır:

“2 milyardlıq əhalinin əhəmiyyətli hissəsinin gənclərdən ibarət olması rəqəmsal innovasiyaların, startap ekosisteminin, sosial media təsir gücünün və kreativ industriyaların inkişafı üçün geniş baza təmin edir. Gənc nəsil həm texnoloji adaptasiya baxımından daha çevikdir, həm də qlobal kommunikasiya dünyasının əsas aktiv istifadəçiləridir. Bu, D-8 məkanının daxilində rəqəmsal bazarın genişlənməsi, media istehlakının artması və birgə innovativ layihələrin həyata keçirilməsi üçün misilsiz fürsətlər yaradır. Azərbaycan isə özünün inkişaf edən İT infrastrukturuna, “ASAN xidmət” modelinə, elektron hökumət təcrübəsinə və artan startap ekosisteminə görə bu proseslərdə təbii liderlik göstərə bilər.

Beləliklə, D-8-in iqtisadi gücü, Azərbaycanın çoxvektorlu siyasəti və media sahəsində yeni əməkdaşlıq imkanları regional və qlobal müstəvidə yeni inteqrasiya xətti yaradır. Bakı Media Mərkəzinin fəaliyyətə başlaması bu inteqrasiyanın informasiya platformasını formalaşdırır və D-8-in gələcək qlobal təsir gücünü müəyyən edən əsas mexanizmlərdən birinə çevrilir. Bu proses həm Azərbaycanın artan beynəlxalq nüfuzunu təsdiqləyir, həm də D-8 ölkələrinin birgə kommunikasiya və strateji koordinasiya imkanlarını daha səmərəli edir”.

Oxşarxəbərlər

TikTokda Söyüş Söyən “Sarışın Gözəl” Həbs Edildi
Manşet

TikTokda Söyüş Söyən “Sarışın Gözəl” Həbs Edildi

23/09/2026 17:19
960
Partiya sədrindən SKANDAL təklif: “Fahişəlik leqallaşdırılmalıdır”
Manşet

Partiya sədrindən SKANDAL təklif: “Fahişəlik leqallaşdırılmalıdır”

23/09/2026 15:25
973
Sakinlər meyxanaçılardan şikayət etdi: “Gecə 2-yə qədər yata bilmirik”
Manşet

Sakinlər meyxanaçılardan şikayət etdi: “Gecə 2-yə qədər yata bilmirik”

23/09/2026 15:00
972
“Səhər tezdən bunun şahidi oldum” – Zaur Baxşəliyevi kövrəldən an
Manşet

“Səhər tezdən bunun şahidi oldum” – Zaur Baxşəliyevi kövrəldən an

23/09/2026 14:23
973
SON DƏQİQƏ! Bakı Ermənistandakı görüşü LƏĞV ETDİ – SƏBƏB
Siyasət

SON DƏQİQƏ! Bakı Ermənistandakı görüşü LƏĞV ETDİ – SƏBƏB

23/09/2026 13:57
964
Bakı-Sumqayıt Yolunda TİR Avtomobilin Üzərinə Aşdı: Ölən Var
Manşet

Bakı-Sumqayıt Yolunda TİR Avtomobilin Üzərinə Aşdı: Ölən Var

23/09/2026 13:50
981

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

TikTokda Söyüş Söyən “Sarışın Gözəl” Həbs Edildi

TikTokda Söyüş Söyən “Sarışın Gözəl” Həbs Edildi

23/09/2026 17:19
960
Baş nazir QƏRAR İMZALADI: NƏLƏR DƏYİŞDİ?

Baş nazir QƏRAR İMZALADI: NƏLƏR DƏYİŞDİ?

23/09/2026 16:07
951
Gözlənilməz hadisələr YAŞANACAQ: YAXIN SAATLARDA…

Gözlənilməz hadisələr YAŞANACAQ: YAXIN SAATLARDA…

23/09/2026 15:51
961
Partiya sədrindən SKANDAL təklif: “Fahişəlik leqallaşdırılmalıdır”

Partiya sədrindən SKANDAL təklif: “Fahişəlik leqallaşdırılmalıdır”

23/09/2026 15:25
973

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.