İrandan İsrailə yeni raket yaylım atəşləri endirilib.
Gündəm24.az -ın məlumatına əsasən bu barədə İsrail Ordusunun Mətbuat xidməti xəbər verib.
“İsrailə qarşı əlavə raket yaylım zərbələri endirilib. Əhaliyə növbəti xəbərdarlığa qədər təhlükəsiz yerlərdə qalmaları tövsiyə olunur”, – açıqlamada deyilir.
Qeyd olunur ki, hazırda hava hücumundan müdafiə sistemi təhdidləri aşkarlayır və zərərsizləşdirir.














