İranın “Əl-Aləm” telekanalının Suriyadakı keçmiş müxbiri Hüssam Zidan Livanın cənubundakı Sayda bölgəsinə İsrailin hücumu nəticəsində həlak olub.
Gündəm24.az xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.
H.Zidan 2009-cu ildən “Əl-Aləm” TV-nin Suriya bürosunda müxbir işləyib. Jurnalist 2011-ci ildən bəri Deyr əz-Zor, Həma və Hələbdəki döyüşləri işıqlandırıb.
Kanal həmçinin mərhum jurnalistin oğlunun İsrailin Sayda bölgəsinə hücumundan sonra reanimasiyada olduğunu bildirib./Ajans.az















