Agentliyin məlumatına görə, bu səfir Venesuelanın Böyük Britaniyadakı səfirliyində missiya rəhbəri və keçmiş xarici işlər naziri Feliks Plasensiya olacaq.
Gündəm24.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə , Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriges ABŞ-ın yüksək vəzifəli rəsmiləri ilə görüşmək üçün Vaşinqtona elçi göndərəcək .
Xəbər agentliyi planlarla tanış olan şəxslərə istinadən bildirib ki, “Venesuelanın Böyük Britaniyadakı səfirliyinin missiya rəhbəri və keçmiş xarici işlər naziri səfir Feliks Plasensiya cümə axşamı səfər etməyi planlaşdırır”.
Bloomberg əlavə edib ki, Venesuela müxalifətinin lideri Maria Corina Machado da cümə axşamı Vaşinqtonda olacaq.
Sədaqət Həsənova














