Çərşənbə, İyun 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq

08/05/2026 09:36
CƏMİYYƏT
55 2
“Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq
72
Baxış sayı

Son dövrlər pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, “kartdan-karta” köçürmə yolu ilə aparılması halları geniş yayılıb. Belə ki, vətəndaşlar bildirirlər ki, bəzi hallarda onlara bank kartı ilə rəsmi ödəniş etmək imkanı yaradılmır, yalnız fiziki şəxs kartına köçürmə təklif edilir və bu zaman kassa çeki də təqdim olunmur.

Bu cür yanaşma həm nağdsız ödənişlərin şəffaflığı, həm də vergi uçotu baxımından müəyyən risklər yarada bilər. Məhz bu kontekstdə, istehlakçıların hüquqlarının qorunması və ödəniş seçim imkanlarının təmin olunması məsələsi də gündəmə gəlir.
Gündəm24.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istehlakçılar hər zaman özlərini sərbəst və rahat hiss etməli, seçim hüquqları qorunmalıdır.
Onun sözlərinə görə, kartdan-karta ödəniş üsulu bir tərəfdən istehlakçı üçün rahatlıq yaratsa da, digər tərəfdən qanunvericiliyin pozulmasına səbəb olur və istehlakçı fərqində olmadan bu prosesin iştirakçısına çevrilir:
“Bu məsələ ilə bağlı Azad İstehlakçılar Birliyi olaraq bizim quruma çoxsaylı şikayətlər daxil olur. Şikayətlər əsasən kartdan-karta ödənişlər zamanı yaşanan hallarla bağlıdır. Nümunə olaraq, mebel sifarişi və ya müxtəlif xidmətlər zamanı vətəndaşdan ödənişi POS-terminal vasitəsilə deyil, birbaşa karta köçürməsi tələb olunur. İstehlakçı bunu öz rahatlığı üçün etsə də, əslində həmin prosesdə vergidən yayınma hallarına şərait yaranır. Ticarət və xidmət sahəsində fəaliyyət göstərən bəzi şəxslər məhz vergidən yayınmaq məqsədilə bu üsula üstünlük verir və istehlakçı da bilmədən həmin qanun pozuntusunun iştirakçısına çevrilir”.
AİB sədri hesab edir ki, istehlakçılar arasında bu istiqamətdə ciddi maarifləndirmə işləri aparılmalıdır:
“Eyni zamanda, ticarət və xidmət obyektlərində kartdan-karta ödəniş tələbi kimi hallara son qoyulmalıdır.
İstehlakçı üçün əsas məsələ ödəməni rahat şəkildə həyata keçirməkdir. O, sadəcə kart vasitəsilə ödəniş etmək istəyir. Lakin nəticədə fərqində olmadan vergi və maliyyə qanunvericiliyinin pozulmasına səbəb olan prosesin iştirakçısına çevrilir. İstehlakçılar belə halların tərəfi olmamalıdır. Kartdan-karta ödənişlərin geniş yayılması dövlətin vergi və maliyyə siyasətinə zidd vəziyyət yaradır və bu hal yolverilməz hesab olunur”, – deyə E.Hüseynov qeyd edib.
Qeyd edək ki, pərakəndə ticarət və ictimai iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal vasitəsilə deyil, “kartdan-karta” köçürmə yolu ilə həyata keçirilməsi həm qanunvericiliyin tələblərinin, həm də istehlakçı hüquqlarının pozulması hesab olunur.
Belə hallarda istehlakçılara POS-terminal çıxarışı və nəzarət-kassa aparatı çeki təqdim edilmir ki, bu da alıcının hüquqlarını müdafiə etməsi, eləcə də xərclədiyi məbləğin bir hissəsini “cashback” şəklində geri alması imkanlarını məhdudlaşdırır. Bununla yanaşı, əlavə dəyər vergisi (ƏDV) ödəyicilərindən mal, iş və ya xidmət alan istehlakçılar “ƏDV geri al” mexanizmindən istifadə hüququndan da məhrum olurlar.
Dövlət Vergi Xidmətinin məlumatına görə, bu cür hallar vergidən yayınma məqsədi daşıyır. Qurum vətəndaşları pərakəndə ticarət və ictimai iaşə obyektlərində nağdsız ödənişləri “kartdan-karta” köçürmə yolu ilə deyil, yalnız POS-terminal vasitəsilə həyata keçirməyə çağırır.
Sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün ödənişləri POS-terminal vasitəsilə qəbul etmələri tövsiyə olunur.
Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Oxşarxəbərlər

Maşın bazarında yenə bahalaşma olacaq – Açıqlama
CƏMİYYƏT

Maşın bazarında yenə bahalaşma olacaq – Açıqlama

23/06/2026 23:30
52
Güclü istilər gəlir — Ekoloqdan xəbərdarlıq
CƏMİYYƏT

Güclü istilər gəlir — Ekoloqdan xəbərdarlıq

23/06/2026 22:23
51
“WhatsApp”da mesajlar artıq bu üsulla göndəriləcək
CƏMİYYƏT

“WhatsApp”da mesajlar artıq bu üsulla göndəriləcək

23/06/2026 21:59
53
Nəqliyyat vasitələrinə qanunsuz müdaxilə edən 196 sürücü saxlanıldı
CƏMİYYƏT

Nəqliyyat vasitələrinə qanunsuz müdaxilə edən 196 sürücü saxlanıldı

23/06/2026 21:55
52
Nəqliyyat vasitələrinə qanunsuz müdaxilə edən 196 sürücü saxlanıldı
CƏMİYYƏT

Nəqliyyat vasitələrinə qanunsuz müdaxilə edən 196 sürücü saxlanıldı

23/06/2026 21:55
53
Bakı sakinlərinə XƏBƏRDARLIQ – Bu gün 23:00-dan…
CƏMİYYƏT

Bakı sakinlərinə XƏBƏRDARLIQ – Bu gün 23:00-dan…

23/06/2026 21:24
52

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Maşın bazarında yenə bahalaşma olacaq – Açıqlama

Maşın bazarında yenə bahalaşma olacaq – Açıqlama

23/06/2026 23:30
52
TƏCİLİ! Rusiya açıqladı – Fövqəladə vəziyyət ELAN EDİLDİ

TƏCİLİ! Rusiya açıqladı – Fövqəladə vəziyyət ELAN EDİLDİ

23/06/2026 23:28

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
88

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

23/06/2026 11:14
78

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
61

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In