Şimali Koreya lideri Kim Çen İnın beyin qanaması keçirdiyi və komaya düşdüyü barədə iddialar yayılıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, sosial şəbəkələrdə yayılan iddialarda 42 yaşlı Kim Çen İnın ağır beyin qanamasından sonra komaya düşdüyü və təcili tibbi yardım üçün Çinə aparıldığı bildirilir.
İddialara əsasən, Şimali Koreya lideri Pxenyandakı tibb müəssisələrinin imkanlarının məhdud olması səbəbindən Pekində yerləşən Peking Union Medical College Hospital xəstəxanasına köçürülüb.
Lakin onun həqiqətən də Çinə aparıldığı, beyin qanaması keçirdiyi və ya komada olduğu barədə məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Şimali Koreya və Çin rəsmiləri də məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, Kim Çen İnın səhhəti ilə bağlı şayiələr ilk dəfə deyil ki, beynəlxalq medianın gündəminə gəlir. 2020-ci ildə onun bir müddət ictimaiyyət qarşısında görünməməsindən sonra öldüyü və ya ağır vəziyyətdə olduğu barədə müxtəlif iddialar yayılmışdı. Lakin o, daha sonra yenidən ictimaiyyət qarşısına çıxmışdı.//sfera.az













