Şənbə, Mart 7, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar

07/03/2026 15:43
Şou-biznes
46 1
Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar
59
Baxış sayı

Bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluq edildiyi, eləcə də müğənni Könül Kərimovanın adının da hallandığı cinayət işində təqsirləndirilən şəxslər – Elçin Bağırov və Mübariz Məmmədovun cinayət işinin bəzi detalları məlum olub.

Gündəm24.az-ın “Unikal”a istinadən xəbərinə görə, istintaqla müəyyən edilib ki, hər iki təqsirləndirilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib və hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədi ilə təkrar saxtalaşdırıblar.

İttiham aktında göstərilib ki, Mübariz Məmmədov paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, 46 saylı ünvanda yerləşən “ARAZ T.İ” MMC-nin binasında 156 kv olan 126 nömrəli mənzilin Sakit Məmmədova məxsus, həmin mənzillin müqavilə və maliyyə arayışının onun həyat yoldaşı Şəlalə Məmmədovanın adına olmasına baxmayaraq, həmin mənzili icazəsiz etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib.

Belə ki, 2011-ci il avqustun 13-də mənzili Yasamalda Hüseyn Cavid prospekti, 48 saylı ünvandakı mənzili 558 və 566-cı məhəllələrdə yerləşən “ARAZ T.İ” MMC-nin ofisində Elbrus Həsənova 156 min manat müqabilində qanunsuz satıb və onun həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirib.

Bununla da, o, Sakit Məmmədova külli miqdarda – 156 min manat məbləğində ziyan vurmaqla dələduzluq edib.

Bundan başqa, Mübariz Məmmədov “Hüquq-Ekspertiza Mərkəzi” MMC-nin rəhbəri olduğu müddət ərzində təkrarən tanışı Bəhram Abbasovun övladı Bəsrət Abbasovun təsisçisi olduğu “Konstra” MTK-nın müxtəlif müştərilərə dəyərindən ucuz qiymətə və qanunsuz satılmış mənzillərini həmin şirkətə geri qaytaracağı, mənzillərin satıldığı şəxslərə pulları geri ödəyəcəyi ilə bağlı hüquqi xidmətlər göstərəcəyi adı ilə yalan vəd verməklə 408 min, eyni zamanda “Konstra” MTK-nın layihə sənədlərinin hazırlanmasını və həmin sənədlərin dövlət ekspertizasında təsdiq edilməsini təşkil edəcəyinə dair yalan vəd verməklə 175 min, ümumilikdə 583 min manat pul vəsaitini ələ keçirib, təkrar dələduzluq edib.

O, bundan başqa, digər təqsirləndirilən şəxs olan tanışı Elçin Bağırovla faktiki olaraq mövcud olmayan mənzilləri satmaq adı ilə müştərilər tapmağı və saxta müqavilələr, maliyyə arayışları hazırlamağı, müştərilərə guya ev satdıqları barədə görüntü yaradıb, onları aldadaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini almağı razılaşıblar.

Belə ki, 2022-ci ilin avqustunda Elçin Bağırov və Mübariz Məmmədov müştəri İlham Cəfərovu tapıb, onunla ofisdə görüşüblər.

Onlar paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti 48 saylı binada yerləşən və müqavilə əsasında müğənni Könül Qəmbər qızı Kərimovaya məxsus olan 26 saylı mənzili İIham Cəfərova təqdim ediblər. Daha sonra onlar saxta və qanunsuz sənəd hazırlayıb həmin mənzili 245 min manata sataraq təkrar dələduzluq ediblər.

Bundan başqa, M.Məmmədov “ARAZ T.P” MMC-nin binasında olan 156.85 kv-lıq 20 nömrəli mənzil Məhəmməd Süleymanova məxsus olmasına baxmayaraq, həmin mənzili Təbriz Qədirovun anası Gülsarə Qədirovanın adına saxta sənəd hazırlayaraq 163 min manata satıb.

Qeyd edək ki, Mübariz Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), Elçin Bağırova isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılır.

Oxşarxəbərlər

Məşhur aktrisa qızı ilə birgə faciəvi şəkildə öldü – VİDEO
Şou-biznes

Məşhur aktrisa qızı ilə birgə faciəvi şəkildə öldü – VİDEO

07/03/2026 16:16
60
Xatirənin sözləri anasının xoşuna gəlməyib -Video
Şou-biznes

Xatirənin sözləri anasının xoşuna gəlməyib -Video

07/03/2026 12:59
51
Elgiz Əkbər efirə qayıdır? – Aparıcıdan AÇIQLAMA
Şou-biznes

Elgiz Əkbər efirə qayıdır? – Aparıcıdan AÇIQLAMA

06/03/2026 16:14
73
Axtarışda olan Afət Fərmanqızı ilə bağlı yekun qərar verildi
Şou-biznes

Axtarışda olan Afət Fərmanqızı ilə bağlı yekun qərar verildi

06/03/2026 14:13
61
Şəbnəm Tovuzlunun qızı bu görüntülərə görə CƏZALANDIRILDI — VİDEO
Şou-biznes

Şəbnəm Tovuzlunun qızı bu görüntülərə görə CƏZALANDIRILDI — VİDEO

04/03/2026 14:35
54
Tolikə bu işdə Mirşahin kömək edibmiş — Özü AÇIQLADI (VİDEO)
Şou-biznes

Tolikə bu işdə Mirşahin kömək edibmiş — Özü AÇIQLADI (VİDEO)

04/03/2026 13:58
58

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Rusiya Azərbaycan və İrana ÇAĞIRIŞ ETDİ

Rusiya Azərbaycan və İrana ÇAĞIRIŞ ETDİ

07/03/2026 19:34
52
Azərbaycan və Türkiyəyə qarşı qara təbliğat aparılır

Azərbaycan və Türkiyəyə qarşı qara təbliğat aparılır

07/03/2026 19:04
56
Pensiyalar bu tarixdə veriləcək

Pensiyalar bu tarixdə veriləcək

07/03/2026 18:46
58
Gəncədə 14 yaşlı qız öldü

Gəncədə 14 yaşlı qız öldü

07/03/2026 18:27
62

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
77

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
59

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

BƏƏ-dən İrana SƏRT ZƏRBƏ: Aktivlərin dondurulması gündəmdədir

06/03/2026 06:19
72

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

Sançez Livana yardım çağırışı etdi – humanitar dəstək artırılacaq

06/03/2026 05:29
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.