Çərşənbə axşamı, Mart 3, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Kreditlərlə bağlı inanılmaz addım: faizsiz götürə biləcəksiniz – Detallar

28/02/2026 07:00
İqtisadiyyat
59 0
Kreditlərlə bağlı inanılmaz addım: faizsiz götürə biləcəksiniz – Detallar
75
Baxış sayı

Azərbaycanda faizsiz kreditlərin verilməsi ilə bağlı hüquqi baza formalaşdırılır. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, ölkədə İslam bankçılığının tətbiqi məqsədilə bir sıra qanunlara dəyişiklik layihələri hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Bildirilir ki, yeni mexanizm “İslam pəncərələri” modeli çərçivəsində fəaliyyət göstərəcək. Bu isə yaxın perspektivdə bank sektorunda alternativ maliyyə alətlərinin tətbiqinə imkan yarada bilər.

İslam bankçılığı nədir? Faizsiz kredit məsələsi vətəndaşlara, bankara hansı fayda və risklər yarada bilər?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, İslam bankçılığı maliyyə əməliyyatlarının şəriət prinsiplərinə uyğun şəkildə aparıldığı bank modelidir:

“Bu sistemdə əsas fərq odur ki, pulun üzərinə faiz qoymaq qadağandır. Yəni bank müştəriyə klassik formada faizli kredit vermir. Bunun əvəzinə alış-satış, icarə, tərəfdaşlıq və ya mənfəətin bölüşdürülməsi kimi mexanizmlərdən istifadə olunur. Məsələn, bank müştərinin almaq istədiyi evi və ya avtomobili özü alıb daha sonra müəyyən edilmiş mənfəət payı ilə ona hissə-hissə sata, yaxud sahibkarla ortaq olub əldə olunan qazancı əvvəlcədən razılaşdırılmış nisbətdə bölüşə bilər. Bu model artıq Türkiyə, Pakistan, Malayziya, Qazaxıstan və Qırğızıstan kimi ölkələrdə müxtəlif formalarda tətbiq olunur. Faizsiz kredit anlayışı əslində “faiz yoxdur” demək olsa da, bu, bankın qazanc əldə etməməsi anlamına gəlmir. Bank mənfəəti başqa mexanizmlərlə, məsələn, malın üzərinə qoyulan əlavə qiymət və ya layihədən pay almaq yolu ilə qazanır”.

akif nesirli

Akif Nəsirli

İqtisadçı bildirib ki, burada sadəcə gəlir forması faiz deyil, ticarət və ya investisiya mənfəəti kimi rəsmiləşdirilir:

“Vətəndaşlar üçün əsas üstünlük odur ki, dini baxımdan faizə həssas yanaşan insanlar maliyyə xidmətlərinə daha rahat çıxış əldə edərlər. Bundan əlavə, risklərin bölüşdürülməsi prinsipi tətbiq edilərsə, sahibkar zərər olduqda bütün yükü tək daşımaya, müqavilə şərtləri əvvəlcədən daha konkret və şəffaf müəyyən edilə bilər. Amma bu sistemdə bəzi əməliyyatlar daha mürəkkəb müqavilə strukturu tələb edir və hüquqi tənzimləmə yeni olduğu üçün praktikada anlaşılmazlıqlar yarana bilər.

Bank üçün risk odur ki, mənfəət-zərər bölgüsü modelində layihə uğursuz olarsa, o da zərərə ortaq olur. Həmçinin likvidlik və risk idarəetməsi mexanizmləri ənənəvi bankçılıqdan fərqli qurulmalıdır. Ümumilikdə İslam bankçılığı alternativ maliyyə modeli kimi çıxış edir. O, klassik bank sistemini tam əvəz etmir, lakin “İslam pəncərələri” modeli ilə ənənəvi bankların daxilində paralel xidmət kimi fəaliyyət göstərə və maliyyə bazarında seçim imkanlarını artıra bilər”.

Oxşarxəbərlər

Azərbaycan nefti kəskin bahalaşdı
İqtisadiyyat

Azərbaycan nefti kəskin bahalaşdı

03/03/2026 09:41
62
Pensiyaçılara ŞAD XƏBƏR: Sovet dövründə iş stajınız varsa…
İqtisadiyyat

Pensiyaçılara ŞAD XƏBƏR: Sovet dövründə iş stajınız varsa…

02/03/2026 18:33
66
Neft qiyməti ötəcək – Proqnoz
İqtisadiyyat

Neft qiyməti ötəcək – Proqnoz

02/03/2026 09:02
53
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
İqtisadiyyat

Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq

27/02/2026 15:11
69
Bu bank kartları ilə bağlı xəbərdarlıq: qəfil bloklana bilər – Səbəb
İqtisadiyyat

Bu bank kartları ilə bağlı xəbərdarlıq: qəfil bloklana bilər – Səbəb

12/02/2026 07:00
76
Azərbaycan nefti bahalaşdı
İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

30/01/2026 09:47
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tehranda gizli rəqabət: Yeni dini lider kim olacaq?

Tehranda gizli rəqabət: Yeni dini lider kim olacaq?

03/03/2026 16:44
51
“ChatGPT” baykot olunur: Səbəblər nələrdir?

“ChatGPT” baykot olunur: Səbəblər nələrdir?

03/03/2026 16:30
50
Xəzər dənizi qlobal ekosistemin güzgüsüdür – Leyla Əliyeva

Xəzər dənizi qlobal ekosistemin güzgüsüdür – Leyla Əliyeva

03/03/2026 16:28
50
İranın yeni müdafiə naziri də öldürüldü

İranın yeni müdafiə naziri də öldürüldü

03/03/2026 16:23
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Xudat sakinlərindən ŞİKAYƏT: Dövlət qurumu məsuliyyətdən niyə yayınır?

Xudat sakinlərindən ŞİKAYƏT: Dövlət qurumu məsuliyyətdən niyə yayınır?

03/03/2026 14:23
79

Regionda vəziyyət kritik həddə çatdı — kütləvi təxliyə planları işə düşdü

Regionda vəziyyət kritik həddə çatdı — kütləvi təxliyə planları işə düşdü

02/03/2026 08:55
63

Rəsmi bəyanat – Türkiyə və İran sərhədində sərnişin keçidi müvəqqəti dayandırılıb

Rəsmi bəyanat – Türkiyə və İran sərhədində sərnişin keçidi müvəqqəti dayandırılıb

02/03/2026 08:40
60

Münaqişə intensivləşir: Hizbullah döyüşlərə qoşulur, regional gərginlik artır

Münaqişə intensivləşir: Hizbullah döyüşlərə qoşulur, regional gərginlik artır

02/03/2026 07:11
74

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.