Dmitri Peskov Rusiyanın Trampın zərbələri dayandırmaq təklifinə cavab verib-vermədiyini dəqiqləşdirməyib.
Gündəm24.az xəbər verir ki, TASS Agentliyinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, ABŞ Prezidenti Donald Tramp danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə rusiyalı həmkarı Vladimir Putindən 1 fevrala qədər Kiyevə zərbə endirməməyi xahiş edib.
Peskovun sözlərinə görə, “Prezident Tramp danışıqlar üçün əlverişli şərait yaratmaq üçün Putindən bir həftə ərzində Kiyevə zərbələr endirilməməsini xahiş edib”. Bununla belə, o, Rusiyanın Trampın bu təklifinə cavab verib-vermədiyini dəqiqləşdirməyərək, “Artıq dediklərimə əlavə edəcək bir şeyim yoxdur” deyə qeyd edib.
Xatırladaq ki, Tramp daha əvvəl Putindən soyuq hava şəraiti ilə əlaqədar Rusiya qüvvələrinə Kiyevə və Ukraynanın digər şəhərlərinə bir həftə ərzində zərbələri dayandırmaq barədə göstəriş verməsini xahiş etdiyini bildirmişdi. Onun sözlərinə görə, Rusiya lideri bu xahişi qəbul edib.
Sədaqət Həsənova














