Paytaxtın müxtəlif ərazilərində külək fəsadlara səbəb olub.
Gündəm24.az xəbər verir ki, Bakıxanov qəsəbəsində axşam saatlarında intensivləşən küləyin təsiri ilə ticarət mərkəzlərindən birinin dam örtüyü sökülərək ətrafa yayılıb.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin dam örtüyünün parçaları ətrafda olan bəzi avtomobillərə ziyan vurub.
Digər hadisə isə Neftçilər metro stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, küləyin təsirindən ağac “Changan” markalı avtomobilin üzərinə aşıb.
Faktlarla bağlı araşdırma aparılır.














