Türkiyənin tanınmış aktyoru Faruk Günuğur 78 yaşında dünyasını dəyişib.
Gündəm24.az -ın məlumatına görə, bu barədə “Yeni Şafak” xəbər yayıb.
Faruk Günuğur Türkiyə Dövlət Teatrlarının keçmiş baş direktoru olub. Uzun illər sənət fəaliyyətilə məşğul olan aktyor “Kurtlar Vadisi Pusu” və “Tek Türkiye” kimi məşhur seriallarda da rol alıb.
Məşhur aktyorun ölüm xəbəri sənət ictimaiyyətində kədər yaradıb. Onun hansı səbəbdən vəfat etdiyi hələlik açıqlanmayıb./sfera.az















