Kəlbəcər rayonunun Zallar kəndində xarici su təchizatı və tullantı su infrastrukturunun yaradılması üzrə işlərə başlanılır.
Gündəm24.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Zallar kəndində müvafiq işlərin görülməsi ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.
Müvafiq işlərin icrası “İnvestAZ” MMC-yə həvalə olunub və bununla bağlı qurumla şirkət arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, işlərin həyata keçirilməsi üçün “İnvestAZ” MMC-yə 3,997 milyon manat ödəniləcək.
Layihə çərçivəsində Zallar kəndinin xarici su təchizatı sisteminin, tullantı su şəbəkəsinin və müvafiq qurğuların tikintisinin həyata keçirilməsi nəzərdə tutulur.













