Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna kəşfiyyat xidmətləri tərəfindən Sverdlovsk vilayətində dəmir yolu infrastrukturu obyektinə qarşı planlaşdırılan terror aktının qarşısını alıb.
Gündəm24.az TASS agentliyinə istinadən xəbər verir ki, FSB-nin açıqlamasına görə, Sverdlovsk vilayətində dəmir yolu infrastrukturuna terror hücumu hazırlamaqda ittiham olunan üç Rusiya vətəndaşı saxlanılıb. 1979, 1981 və 1984-cü il təvəllüdlü üç bacı-qardaşın Ukrayna kəşfiyyatının əmri ilə nəqliyyat obyektini yandırmaq istədiyi bildirilir. Onların Telegram vasitəsilə təlimat aldığı, evlərində rabitə avadanlıqları və yanğınsöndürmə cihazlarının hazırlanması üçün komponentlər aşkar edilib; cinayət işi açılıb və dəlillər toplanaraq hücumun xəyanət kateqoriyasına salınması üçün araşdırma aparılır.
Sədaqət Həsənova














