Çərşənbə, Aprel 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə – FOTOLAR

18/12/2025 22:15
Gündəm, Manşet
78 1
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə – FOTOLAR
100
Baxış sayı

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbir keçirilib.

Gündəm24.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

ASAN könüllüləri, sosial qayğıya ehtiyacı olan uşaqlar və digər qonaqların da iştirak etdiyi tədbir “ASAN xidmət” və “Bilim Bakı” mərkəzləri ilə tanışlıqla başlayıb. Qonaqlara 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti, həmçinin “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual məhsulunun 30-dan çox ölkəyə ixrac edildiyi bildirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “ASAN Məktub” ağacındakı məktublardan birini öhdəliyə götürüb.

Səyyar ASAN xidmət avtobusu ilə tanışlıq çərçivəsində diqqətə çatdırılıb ki, əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir.

“Bilim Bakı” mərkəzinin fəaliyyəti də maraqla qarşılanıb. Qeyd olunub ki, mərkəzin fəaliyyəti 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarının inkişafına yönəlib. Əsas məqsəd şagirdlər arasında həmin sahələrə marağı artırmaq, müasir tələblərə cavab verən bilik və bacarıqları aşılamaqdır.

Tədbirin rəsmi hissəsi “ASAN Məktub” sosial proqramının 10 illik fəaliyyətinə dair videoçarxın nümayişi ilə başlayıb. Məlumat üçün bildirilib ki, “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı 3–14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqların arzularını reallaşdırmaq, onlara sevinc, diqqət və qayğı bəxş etmək məqsədilə 2015-ci ildən həyata keçirilir. Proqram çərçivəsində bu günədək 56 region üzrə ümumilikdə 10 512 məktuba uyğun arzular gerçəkləşdirilib.

Qonaqlara “Bir qəlbi də sən isit” layihəsi haqqında da məlumat verilib. Layihə çərçivəsində vətəndaşların dəstəyi ilə dekabr ayı ərzində 3-14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqların arzularının gerçəkləşdirildiyi vurğulanıb. İndiyədək ölkənin müxtəlif bölgələrində 2 500-dən çox uşağın arzusunun reallaşdırıldığı diqqətə çatdırılıb.

Sonra “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində musiqi ifa edilib, rəqs nümunəsi nümayiş olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “ASAN məktub”, “Yaşıl ASAN” və “ABAD” stendlərinə də baş çəkib.

Tədbir Dövlət Agentliyinin həyətində təşkil edilən ağacəkmə aksiyası ilə davam edib.

Tədbir çərçivəsində, həmçinin 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrindən və Sosial Xidmət Mərkəzlərindən olan uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə – FOTOLAR Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə – FOTOLAR Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə – FOTOLAR Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə – FOTOLAR

Oxşarxəbərlər

Prezident fərman imzaladı
Manşet

Prezident fərman imzaladı

29/04/2026 17:10
50
Səhiyyə Nazirliyinə yeni hüquq verildi – FƏRMAN
Manşet

Səhiyyə Nazirliyinə yeni hüquq verildi – FƏRMAN

29/04/2026 17:02
50
Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı
Gündəm

Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı

29/04/2026 13:48
62
Gənclər Forumu: “Qərbi Azərbaycan İrsini Tanı”-FOTOLAR
CƏMİYYƏT

Gənclər Forumu: “Qərbi Azərbaycan İrsini Tanı”-FOTOLAR

29/04/2026 13:33
66
Məşhur polkovnik vəfat etdi
Gündəm

Məşhur polkovnik vəfat etdi

29/04/2026 09:46
58
Daha bir “tiktoker” həbs olundu
Gündəm

Daha bir “tiktoker” həbs olundu

28/04/2026 20:23
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: “İki ay əvvəl…”

85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: “İki ay əvvəl…”

29/04/2026 18:11
50
Kəmaləddin Heydərov əmr imzaladı

Kəmaləddin Heydərov əmr imzaladı

29/04/2026 17:38
50
DSMF-də yeni təyinat – FOTO

DSMF-də yeni təyinat – FOTO

29/04/2026 17:25
50
Prezident fərman imzaladı

Prezident fərman imzaladı

29/04/2026 17:10
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
60

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
60

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
65

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

27/04/2026 08:10
59

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.