Cümə axşamı, Mart 5, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Maaşlarına əlavələr olacaq müəllimlərin sayı ARTACAQ

18/02/2026 10:25
CƏMİYYƏT, Manşet
39 2
Maaşlarına əlavələr olacaq müəllimlərin sayı ARTACAQ
52
Baxış sayı

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan təhsilverənlərin bilik və bacarıqlarının sertifikasiya əsasında qiymətləndirilməsi nəzərdə tutulur. Bu yenilik onların nəzəri və praktik hazırlıq səviyyəsinin xüsusi qaydalarla ölçülməsini hədəfləyir.

İctimaiyyətdə isə prosesin hansı formada həyata keçiriləcəyi, əməkhaqqı artımının bu kateqoriyaya da şamil olunub-olunmayacağı və imtahanda uğur qazana bilməyənlərə ikinci şansın verilib-verilməyəcəyi ilə bağlı suallar yaranıb.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, ümumilikdə məktəbdənkənar fəaliyyətlər dövlət vəsaiti hesabına təşkil olunmamalıdır:

177832

“Dövlət vəsaiti hesabına təşkil olunan məktəbdənkənar fəaliyyətlər müəyyən strateji prioritetlərə uyğun qurulmalıdır. Məsələn, xalq çalğı alətlərinə marağın artırılması və mədəni irsin qorunması məqsədilə bu istiqamətdə xüsusi proqramlar və ya qrant mexanizmləri tətbiq oluna bilər. Respublikanın müxtəlif bölgələrində tar, kamança və digər milli alətlər üzrə kursların təşkili və maliyyələşdirilməsi məqsədəuyğun addım olar.

Hazırda fəaliyyət göstərən model uzun illərdir tətbiq olunur. Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri ödənişsiz əsaslarla fəaliyyət göstərir. Valideynlər müxtəlif motivasiyalarla övladlarını bu məktəblərə yönləndirirlər. Lakin uşaqların maraq və potensialının davamlı inkişafı üçün daha çevik və nəticəyönümlü mexanizmlərin tətbiqi məsələsi də gündəmdə ola bilər.

Bu baxımdan müəssisələrin təsərrüfat hesabı prinsipi ilə və ya publik hüquqi şəxs formasında fəaliyyət göstərməsi, eləcə də müəyyən ödəniş mexanizmlərinin tətbiqi imkanları nəzərdən keçirilə bilər. Belə model çərçivəsində qurumlar kadr seçimi və idarəetmə məsələlərində daha müstəqil qərarlar qəbul edə bilərlər.

Müəllimlərin sertifikatlaşdırılması isə ümumi sistemin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Sertifikasiya müəllimlərin peşəkar inkişafının stimullaşdırılması və əməkhaqqı mexanizmlərinin təkmilləşdirilməsi baxımından müəyyən imkanlar yaradacaq. Bununla yanaşı, sistemin daha effektiv fəaliyyəti üçün struktur və idarəetmə məsələlərinin də kompleks şəkildə nəzərdən keçirilməsi də vacibdir.

Ümumilikdə, istənilən dəyişikliklərin məqsədi həm tədrisin keyfiyyətinin yüksəldilməsi, həm də mədəniyyət sahəsində davamlı və dayanıqlı inkişafın təmin olunması olmalıdır”.

Oxşarxəbərlər

Leyla və Arzu Əliyevalar iftar mərasimində – FOTOLAR
CƏMİYYƏT

Leyla və Arzu Əliyevalar iftar mərasimində – FOTOLAR

04/03/2026 23:11
67
Nazirlər Kabinetindən MÜHÜM QƏRAR
CƏMİYYƏT

Nazirlər Kabinetindən MÜHÜM QƏRAR

04/03/2026 19:39
77
Bakıda məşhur restoran söküləcək
CƏMİYYƏT

Bakıda məşhur restoran söküləcək

04/03/2026 19:08
61
Abşeronda bir gecədə dörd evi TALADILAR
CƏMİYYƏT

Abşeronda bir gecədə dörd evi TALADILAR

04/03/2026 17:34
59
Çində istehsal edilən saxta yumurtalar Azərbaycanda da satılır? – RƏSMİ AÇIQLAMA
CƏMİYYƏT

Çində istehsal edilən saxta yumurtalar Azərbaycanda da satılır? – RƏSMİ AÇIQLAMA

04/03/2026 16:48
69
ADY Beynəlxalq Qadınlar Günü ilə bağlı sərnişinlərə müraciət etdi
CƏMİYYƏT

ADY Beynəlxalq Qadınlar Günü ilə bağlı sərnişinlərə müraciət etdi

04/03/2026 16:36
74

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar iftar mərasimində – FOTOLAR

Leyla və Arzu Əliyevalar iftar mərasimində – FOTOLAR

04/03/2026 23:11
67
Məşhur Bibidən ağır xəbər: Vəfat etdi

Məşhur Bibidən ağır xəbər: Vəfat etdi

04/03/2026 23:02
64
200 nəfərlik xüsusi reys artıq Bakıda: Ciddədən təxliyə uğurla həyata keçirildi

200 nəfərlik xüsusi reys artıq Bakıda: Ciddədən təxliyə uğurla həyata keçirildi

04/03/2026 22:21
54
İranı əslində o idarə edir

İranı əslində o idarə edir

04/03/2026 21:55
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskva xətti ilə mesaj – Tehran mümkün qətl planını təhdid adlandırdı

Moskva xətti ilə mesaj – Tehran mümkün qətl planını təhdid adlandırdı

04/03/2026 09:32
72

Qərb yarımkürəsində gərginlik – ABŞ-ın Ekvador planı üzə çıxdı

Qərb yarımkürəsində gərginlik – ABŞ-ın Ekvador planı üzə çıxdı

04/03/2026 07:36
62

Ər-Riyadda təhlükə siqnalı – Səfirlik ərazisində partlayış

Ər-Riyadda təhlükə siqnalı – Səfirlik ərazisində partlayış

04/03/2026 07:23
74

Regional Böhran Dərinləşir – İsrailin Hücumu Can Aldı

Regional Böhran Dərinləşir – İsrailin Hücumu Can Aldı

04/03/2026 07:02
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.