Daha əvvəl Venesuela Ali Məhkəməsi vitse-prezident Delsi Rodrigezi dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq icra edən şəxs təyin etmişdi.
Gündəm24.az xəbər verir ki, “The Wall Street Journal”ın mənbələrə istinadən yazdığına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Nikolas Maduronun ABŞ xüsusi təyinatlıları tərəfindən tutulmasından sonra Venesuelada müvəqqəti idarəetmə modeli üzərində işləyir. Məlumata əsasən, planı dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset və Ağ Ev aparat rəhbərinin müavini Stiven Millerin daxil olduğu işçi qrupu hazırlayır və əsas hədəf neft sənayesinin bərpası ilə sabitliyin təmin olunmasıdır. Bu arada Venesuelada fövqəladə vəziyyət elan edilib, ABŞ-ın hücumu rəsmi Karakas tərəfindən “hərbi təcavüz” adlandırılıb, Tramp isə Maduronun və həyat yoldaşının ölkədən çıxarıldığını təsdiqləyib.
Sədaqət Həsənova














