Fransa Prezidenti Emmanuel Makron gözləri qan içində əsgərlərin qarşısına çıxdı. Makronun çıxışı yanvarın 15-də Fransanın cənubundakı İstr şəhərindəki hərbi hava bazasında baş tutdu.
Gündəm24.az xəbər verir ki, Yeni il şənlikləri çərçivəsində Fransa Silahlı Qüvvələrinə müraciət edən prezident Emmanuel Makron çıxışına gözünün vəziyyətinə toxunaraq başlayıb və bunun ciddi olmadığını bildirib. Onun sağ gözünün qırmızı və şişmiş görünməsi diqqət çəkib, Makron isə bunu zarafatla “Pələngin gözü” ifadəsi ilə izah edərək “Rocky 3” filmindəki məşhur mahnıya istinad edib.
Çıxış zamanı Makron Fransanın sürətləndirilmiş yenidən silahlanma siyasətini, Ukraynaya dəstəyin davam etdiriləcəyini və Danimarkaya dəstək məqsədilə Qrenlandiyaya qoşun göndərilməsi qərarını vurğulayıb. Fransa artıq Qrenlandiyaya 15 əsgər yerləşdirib.
Prezidentin səhhəti ilə bağlı əlavə rəsmi açıqlama verilməsə də, gözlərindəki qanama sosial mediada geniş müzakirələrə səbəb olub.
Sədaqət Həsənova














