Rusiyalı məşhur şoumen Maksim Qalkin Kiprdə biznes fəaliyyəti ilə gündəmə gəlib.
Gündəm24.az rus mediasına istinadən xəbər verir ki, Qalkin Limassolda qeydiyyatdan keçmiş iki kommersiya şirkətinə – “Omnitotal Limited” və “Omnideal Limited”ə rəhbərlik edir. Bildirilir ki, sənətçi şirkətlərdə direktor və katib vəzifələrini tutur.
Məlumata görə, hər iki şirkət 2025-ci ilin fevralında, doqquz gün fərqlə qeydiyyatdan keçirilib. Hazırda onların idarəçiliyinin tamamilə Qalkinə keçdiyi iddia olunur. Şirkətlər vasitəsilə daşınmaz əmlak, avtomobil almaq və müxtəlif aktivləri idarə etmək mümkündür.
İddialara görə, bundan əvvəl şirkətləri Stavros Pavlunun rəhbərlik etdiyi “Patrician” qrupuna bağlı strukturlar idarə edib. Pavlunun uzun illər ərzində böyük rus bizneslərinin yüz milyonlarla dollarlıq sövdələşmələrini müşayiət etdiyi bildirilir.
Qeyd edək ki, Maksim Qalkin son dövrlərdə həyat yoldaşı Alla Puqaçova olmadan keçirdiyi bahalı istirahəti ilə də gündəmə gəlib. Onun Braziliyada tətil üçün təxminən 3 milyon rubl xərclədiyi iddia edilib.//axşam.az














