Gündəm24.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev üç müxtəlif agentliyə – TASS, Reuters və Wargonzo-ya verdiyi geniş müsahibəsində Moskvadan gözlənilməz şəkildə yumşaq ton səsləndirib. O, Rusiyanın “dəli olmadığını” vurğulayaraq, ölkəsinin qlobal münaqişəni alovlandırmaqda maraqlı olmadığını açıq şəkildə bildirib və bunu ritorik sualla möhkəmləndirib: “Qlobal münaqişə kimə lazımdır?”
Medvedev eyni zamanda xüsusi hərbi əməliyyatın başlanmasında da Rusiyanın maraqlı olmadığını söyləyib, lakin bununla belə, Moskvanın uzun müddət Qərbi və NATO ölkələrini öz narahatlıqlarını nəzərə almağa çağırdığını xatırladıb. Onun sözlərinə görə, Rusiya dəfələrlə danışıqlar masasına oturmağa hazır olduğunu bəyan edib, lakin bu çağırışlar lazımi şəkildə qəbul olunmayıb.
Sədaqət Həsənova














