Cümə, Fevral 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Mehdiyev haqda yeni məlumat yayıldı – müəmmalı keçmişi, şübhəli milli kimliyi…

05/12/2025 21:13
Gündəm, Manşet
45 0
Mehdiyev haqda yeni məlumat yayıldı – müəmmalı keçmişi, şübhəli milli kimliyi…
57
Baxış sayı

Tanınmış naxçıvanlılar Ramiz Mehdiyevin milli kimliyi barədə ziddiyyətli açıqlamalar yayır. Şərur rayonundan olan jurnalist Fərəməz Novruzoğlu sosial şəbəkədə Mehdiyevin şəcərəsini paylaşaraq onun babalarının, yaxın qohumlarının adlarını çəkib. Jurnalist onun azərbaycanlı olduğunu iddia etdiyi halda, naxçıvanlı siyasi şərhçi Heydər Oğuz bir müddət əvvəl əksinə, onun erməni əsilli olması barədə məlumat yayıb. Londonda mühacirətdə yaşayan Qurban Məmmədov isə AzerFreedom kanalında həm Mehdiyevin, həm də qohumlarının erməni olması barədə daha da sərt iddialar səsləndirib. Bu ziddiyyətli məlumatlar fonunda həqiqətin nə olduğu müəmmalı qalır.

Rəsmi qurumlar Mehdiyevin milli kimliyi haqda məsələyə aydınlıq gətirməlidir? Erməni olduğu isbatlansa, vaxtilə onun rəhbər vəzifədə çalışması cinayət sayıla bilərmi?

Gündəm24.az  xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, bir vətəndaşın qanun və konstitusiyada qadağan edilən hərəkətlərə yol verməsinin onun milli mənsubiyyəti ilə heç bir əlaqəsi yoxdur:

“Necə ki, bütün ermənilər cinayətkar sayıla bilməzsə, bütün azərbaycanlıları da qanuna hörmət edən insanlar kimi təqdim etmək olmaz. Burada əsas müzakirə mövzusu Ramiz Mehdiyevin milli kimliyi deyil, onun Azərbaycan dövlətinin yaxın tarixində oynadığı mənfi roldur. Azərbaycanın siyasi sistemində uzun illər onun təsiri altında formalaşmış kadrlar ölkənin resurslarını dağıdıb, dövlət büdcəsini talayıb, islahatlara imkan verməyib və özəlləşdirmə prosesində dövlətə ciddi zərbə vurublar. Danışılmalı olan məhz bu fəaliyyətdir, yoxsa onun hansı millətə mənsub olması yox.

Mehdiyev haqda yeni məlumat yayıldı – müəmmalı keçmişi, şübhəli milli kimliyi...

Sərdar Cəlaloğlu

Azərbaycan tarixində repressiya siyasətində həm ermənilər, həm də azərbaycanlılar iştirak edib. Buna görə də yalnız milli kimlik üzərindən ittiham qurmaq doğru deyil. Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində kiminsə cinayətini onun erməni olması ilə əlaqələndirmək xüsusilə yanlışdır. Axı, azərbaycanlılar arasında da xəyanət edən, öz xalqının maraqlarını satan və ya xarici dövlətlərə xidmət göstərən şəxslər olub”.

Sərdar Cəlaloğlu qeyd edib ki, Ramiz Mehdiyevin fəaliyyətinə qiymət verərkən milli mənsubiyyətini arqument kimi istifadə etmək düzgün yanaşma deyil:

“Məsələn, erməni əsilli Filip Ekozçyan Azərbaycan tarixinin təbliğində və ermənilərin saxtakarlıqlarının ifşasında bir çox alimlərimizdən daha böyük işlər görüb. Onun erməni olması bu xidmətinə kölgə sala bilməz. Əksinə, elə Azərbaycan alimləri də olub ki, tarixi saxtalaşdıraraq “Albaniya erməni dövlətidir” kimi iddiaları müdafiə ediblər.

Biz millətçi və ya şovinist mövqedə dayanmadığımız üçün insanların əməlini milli kimliyinə görə deyil, gördüyü işlərə əsasən qiymətləndirməliyik. Ramiz Mehdiyev PA rəhbəri kimi 30 il ərzində Rusiyadan aldığı tapşırıqlar əsasında həyata keçirdiyi siyasətə görə ittiham olunur. Bir insan erməni də ola bilər, lakin Azərbaycan dövlətinə xidmət edə bilər. Eynilə, yəhudi əsilli Albert Aqarunov Azərbaycan uğrunda döyüşərək Milli Qəhrəman adını qazanıb. Milli mənsubiyyət onun vətəndaşlıq borcunu yerinə yetirməsinə mane olmayıb. Ermənistanda atası azərbaycanlı olan şəxslərin bizə qarşı döyüşməsi də məlumdur. Qanunvericiliyə görə atasının milliyyətinə əsasən o, azərbaycanlı sayılsa da, bu, onun siyasi davranışını müəyyən etməyib. Bu gün kiminsə erməni mənşəyini qabartmaqla, əslində, Azərbaycan-Ermənistan sülh prosesində səmimiyyətimizə dair şübhə yaradırıq. Ona görə də bu mövzunu gündəmdən çıxarmaq, məsələyə etnik yox, siyasi qiymət vermək lazımdır. Etnogenetik müzakirələr bu kontekstdə gülünc görünür”.

Hüquqşünas Ellada Bayramova isə bildirib ki, qanunvericiliyə əsasən, milli mənsubiyyət şəxsi məlumatdır:

Mehdiyev haqda yeni məlumat yayıldı – müəmmalı keçmişi, şübhəli milli kimliyi...

Ellada Bayramova

“Fərdi məlumatlar haqqında” Qanunun 2 və 5-ci maddələrinə uyğun olaraq belə məlumatlar yalnız şəxsin özünün razılığı ilə açıqlana bilər. Dövlət qurumlarının şəxsin milli mənsubiyyəti barədə arayış verməsi qanunla qadağandır. Daxili İşlər Nazirliyi, ASAN Xidmət, Dövlət Statistika Komitəsi və digər qurumlar hər hansı şəxsin milli kimliyi barədə məlumatı üçüncü şəxsə və ya mediaya təqdim edə bilməz. Bu, şəxsi məlumatların qanunsuz yayılması hesab olunur.

Milli mənsubiyyət dövlət vəzifəsi tutmağa mane deyil. Konstitusiyanın 25-ci maddəsinə görə, hamı irqi və etnik mənsubiyyətindən asılı olmayaraq bərabərdir. 56-cı maddədə isə deyilir: dövlət idarəçiliyində iştirak hüququ etnik mənsubiyyətə görə məhdudlaşdırıla bilməz. Deməli, şəxs erməni, rus, gürcü, avar və ya digər etnik mənsubiyyətə aid ola bilər”.

Hüquqşünas əlavə edib ki, əsas meyar etnik mənsubiyyət yox, dövlətə sədaqətdir:

“Konstitusiyanın 54-55-ci maddələrinə əsasən, dövlət qulluğu və təhlükəsizlik sahəsində əsas meyar dövlətə sədaqət, dövlət sirrini qorumaq, düşmən dövlətə xidmət və casusluq etməmək, dövlət əleyhinə fəaliyyət göstərməməkdir. Qanun düşmənçiliyi etnik kimliyə görə deyil, faktiki fəaliyyətə görə qiymətləndirir”.

Oxşarxəbərlər

WUF13.az saytı təqdim edildi
Gündəm

WUF13.az saytı təqdim edildi

27/02/2026 10:56
63
İlham Əliyev Efiopiyanın baş naziri ilə təkbətək görüşdü – FOTOLAR
Manşet

İlham Əliyev Efiopiyanın baş naziri ilə təkbətək görüşdü – FOTOLAR

27/02/2026 10:49
60
Şagirdlərin çantaları ilə bağlı müzakirə başladı
Gündəm

Şagirdlərin çantaları ilə bağlı müzakirə başladı

27/02/2026 10:46
64
Bakıda WUF13-ə hazırlıq: Şəhərlərin inkişafında yeni yanaşmalar – CANLI
Gündəm

Bakıda WUF13-ə hazırlıq: Şəhərlərin inkişafında yeni yanaşmalar – CANLI

27/02/2026 10:39
57
“Qida terrorunun qarşısı alınmalıdır”
Gündəm

“Qida terrorunun qarşısı alınmalıdır”

27/02/2026 10:37
58
“BakuBus” Naxçıvanda fəaliyyətə başlayır
Gündəm

“BakuBus” Naxçıvanda fəaliyyətə başlayır

27/02/2026 10:34
63

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

WUF13.az saytı təqdim edildi

WUF13.az saytı təqdim edildi

27/02/2026 10:56
63
İlham Əliyev Efiopiyanın baş naziri ilə təkbətək görüşdü – FOTOLAR

İlham Əliyev Efiopiyanın baş naziri ilə təkbətək görüşdü – FOTOLAR

27/02/2026 10:49
60
Şagirdlərin çantaları ilə bağlı müzakirə başladı

Şagirdlərin çantaları ilə bağlı müzakirə başladı

27/02/2026 10:46
64
Bakıda WUF13-ə hazırlıq: Şəhərlərin inkişafında yeni yanaşmalar – CANLI

Bakıda WUF13-ə hazırlıq: Şəhərlərin inkişafında yeni yanaşmalar – CANLI

27/02/2026 10:39
57

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
ABŞ-ın Polşadakı hərbi kontingenti on minə yaxınlaşır

ABŞ-ın Polşadakı hərbi kontingenti on minə yaxınlaşır

27/02/2026 07:00
64

ABŞ siyasətində diqqət çəkən görüş: Tramp və Mamdani bir araya gəldi

ABŞ siyasətində diqqət çəkən görüş: Tramp və Mamdani bir araya gəldi

27/02/2026 04:56
59

Siyasi və strateji yaxınlaşma: İsrail və Hindistan 16 müqavilə bağladı

Siyasi və strateji yaxınlaşma: İsrail və Hindistan 16 müqavilə bağladı

27/02/2026 04:10
64

Gərginlik pik həddə çatdı – Kabildə ardıcıl partlayışlar

Gərginlik pik həddə çatdı – Kabildə ardıcıl partlayışlar

27/02/2026 03:21
58

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.