Şənbə, Aprel 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Milli Məclisdə Səkinə Sadıxova müzakirəsi – Hansı şərtlər əsasında xəstəxanaya direktor təyin edilib?

11/04/2026 09:13
Gündəm
48 3
Milli Məclisdə Səkinə Sadıxova müzakirəsi – Hansı şərtlər əsasında xəstəxanaya direktor təyin edilib?
65
Baxış sayı

“Müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-1-ci maddəsinə dəyişikliklər layihəsi ümumilikdə hüquqi baxımdan mühüm və zəruri addımdır. Xüsusilə “dövlətə məxsus hüquqi şəxslər” anlayışının genişləndirilməsi, dövlət payı olan qurumların (xüsusən publik hüquqi şəxslərin) da məsuliyyət dairəsinə daxil edilməsi müasir idarəetmə prinsiplərinə uyğun yanaşmadır”.

Gündəm24.az xəbər verir ki, bunu Milli Məclisin ötən gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Müşfiq Məmmədli deyib.

O bildirib ki, layihəyə əlavə olunan 3-cü bənd – yəni, bu əməli ilk dəfə törətmiş şəxsin vurduğu ziyanı tam ödədiyi halda cinayət məsuliyyətindən azad olunması məsələsi – daha ciddi və prinsipial yanaşma tələb edir:

“Burada söhbət sıradan hüquq pozuntusundan deyil, dövlət büdcə vəsaitinin sərəncamçısı olan vəzifəli şəxslərdən gedir. Bu şəxslər dövlətin onlara göstərdiyi etimadı daşıyır, ictimai resursları idarə edir və cəmiyyət qarşısında xüsusi məsuliyyət daşıyırlar. Bu baxımdan “ziyanı ödə və məsuliyyətdən azad ol” yanaşması kifayət etmir və praktika göstərir ki, bu norma sui-istifadə üçün zəmin yaradır. İcazə verin, konkret faktlara diqqətinizi yönəldim. Birinci fakt: Qobustan və Şamaxı Rayon Mərkəzi Xəstəxanalarının sabiq direktoru Cinayət Məcəlləsinin 179.3.2(külli miqdar mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə 2025 ci ildə ittiham olunmuş, mənimsədiyi vəsaitin bir hissəsini geri qaytardığı üçün şərti cəza alıb. Lakin bu gün həmin şəxs özəl sektorda – “Batıgöz” klinikasında və bir neçə özəl klinikada baş həkim və digər məsul vəzifələrdə fəaliyyət göstərib. İkinci fakt: Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdar mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə 2023-cü ildə cinayət işi aparılıb. Lakin təyinatdan kənar istifadə olunmuş (və yaxud mənimsənilmiş vəsaitin) ödənilməsi əsası ilə həmin şəxs cinayət məsuliyyətindən azad edilib. Daha sonra 2024-cü ildə əvvəlcə TƏBİB-də icraçı direktorun müşaviri, daha sonra isə Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın (400 mindən artıq əhalisi olan rayonun) direktoru vəzifəsinə təyin olunub. Haşiyəyə çıxaraq söyləyim ki, əslində səhiyyə islahatlarının avanqardı və müasir korporativ idarəetmə modelinə örnək olan TƏBİB-in idarəetməsində bir qədər öncə yaranan problemin kökünü, bu cür məsələlərdə və bu cür şəxslərdə axtarmaq lazımdır.

Bu faktlar açıq şəkildə göstərir ki, mövcud yanaşma real həyatda ciddi problemlərə səbəb olur. Əgər bir şəxs dövlət vəsaitini mənimsəyir, sonra onu geri qaytarır və heç nə olmamış kimi yenidən rəhbər vəzifələrə gələrsə, o zaman bu sadəcə hüquqi məsələ deyil. Bu, ictimai etimad məsələsidir. Bu, dövlət idarəçiliyinin nüfuz məsələsidir. Hesab edirəm ki, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin qeyd hissəsinə əlavə olunacaq  3-cü bənd bu şəkildə tamamlana bilər. Mən bu korreksiyanı təklif edirəm: “Bu maddə üzrə əməli törətmiş və dövlət büdcə vəsaitinin sərəncamçısı olmuş şəxs, zərəri ödəməsindən asılı olmayaraq gələcəkdə dövlət və özəl sektorda rəhbər vəzifə tutmaq hüququndan məhrum edilir”. Bu təklif cəzanı sərtləşdirmək məqsədi daşımır. Bu, idarəetmə sistemində sağlamlaşdırıcı və profilaktik mexanizmin yaradılmasıdır. Biz dövlət vəsaitinə münasibətdə sıfır tolerantlıq nümayiş etdirməliyik, vəzifəli şəxslər üçün daha yüksək etik və hüquqi standart müəyyən etməliyik və ən əsası, bu cür halların təkrarlanmasının qarşısını almalıyıq”.

Qeyd edək ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxovadır.

Oxşarxəbərlər

“Məni hər iki şirkətində işlədib, maaşımı vermədi”
Gündəm

“Məni hər iki şirkətində işlədib, maaşımı vermədi”

11/04/2026 13:44
56
Prospektdəki həmin çuxur təmir edildi
Gündəm

Prospektdəki həmin çuxur təmir edildi

11/04/2026 13:38
55
Azərbaycanda tanınmış həkim vəfat etdi – FOTO
Gündəm

Azərbaycanda tanınmış həkim vəfat etdi – FOTO

11/04/2026 13:02
62
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Gündəm

Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir

11/04/2026 11:24
59
Putin göstəriş verdi
Gündəm

Putin göstəriş verdi

11/04/2026 08:37
63
Erməni revanşistlər HƏRƏKƏTƏ KEÇDİ – Xankəndi ilə bağlı…
Gündəm

Erməni revanşistlər HƏRƏKƏTƏ KEÇDİ – Xankəndi ilə bağlı…

11/04/2026 06:44
62

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Türkiyənin tanınmış müğənnisi DEPORTASİYA EDİLDİ

Türkiyənin tanınmış müğənnisi DEPORTASİYA EDİLDİ

11/04/2026 14:47
54
İrandan ABŞ üçün 7 tələb

İrandan ABŞ üçün 7 tələb

11/04/2026 14:23
54
Rusiya və Ukrayna müharibəsi DAYANDI- SƏBƏB

Rusiya və Ukrayna müharibəsi DAYANDI- SƏBƏB

11/04/2026 14:20
53
İsrail yenidən Livanın cənubuna zərbələr endirdi

İsrail yenidən Livanın cənubuna zərbələr endirdi

11/04/2026 14:10
60

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
149

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00

122

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
134

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In