Gündəm24.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “The Indian Express”ə verdiyi müsahibədə ABŞ-ın ticarət siyasətini Ukraynadakı münaqişə ilə “bir paketə bağlamaq” cəhdlərini “tamamilə qəbuledilməz” adlandırıb.
Diplomat xüsusilə ABŞ-ın digər ölkələri Rusiya ilə ticarəti məhdudlaşdırmağa çağırmasını tənqid edib və bunun siyasi təzyiq alətinə çevrildiyini bildirib. Ryabkov bir daha vurğulayıb ki, Moskva Ukraynada “müharibə” aparmadığını, yalnız prezidentin tapşırığı ilə “xüsusi hərbi əməliyyat” həyata keçirdiyini iddia edir və məqsədlərinin guya rus və rusdilli əhalini qorumaq olduğunu söyləyib.
O, həmçinin Qərbin baş verənlərə yanaşmasının Rusiya mövqeyi ilə üst-üstə düşmədiyini deyərək, sanksiyalar və ticarət məhdudiyyətləri ilə münaqişənin əlaqələndirilməsini qəbul etmədiklərini qeyd edib. Ryabkov Hindistan kimi ölkələrin “ağıllı və balanslı” mövqe tutacağına ümid etdiyini də əlavə edib.
Sədaqət Həsənova














