Rusiya prezidenti Putinin bu gün Suriyanın keçid prezidenti Şara ilə görüşəcəyi bildirilib.
Gündəm24.az Reuters-ə istinadən xəbər verir ki, Kremlin açıqlamasına görə, Suriyanın keçid prezidenti Əhməd Şara bu gün Moskvaya işgüzar səfər edəcək və Kremldə Rusiya lideri Vladimir Putinlə görüşməsi planlaşdırılır. Bəyanatda qeyd olunur ki, görüş zamanı iki lider ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, həmçinin Yaxın Şərq regionundakı mövcud vəziyyəti qiymətləndirəcək.
Suriya liderinin Moskvaya ilk səfəri 15 oktyabr 2025-ci ildə baş tutub. O zaman Putin və Şara siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətləri, habelə Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Kremlin sözçüsü Dmitri Peskov əlavə edib ki, Suriyadakı Rusiya hərbi bazaları məsələsi də bu günki görüşün gündəliyindədir.
Sədaqət Həsənova













