Rusiyanın BMT-dəki daimi nümayəndəsi Nebenzya Ukrayna ordusunun qəsdən mülki obyektlərə hücumlar həyata keçirdiyini bildirib.
Gündəm24.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında xəbərdarlıq edib ki, Ukrayna ordusunun Rusiya mülki əhalisinə qarşı hər hansı bir hücumu sərt cavabla qarşılanacaq. Nebenzya vurğulayıb ki, “Rusiya vətəndaşlarına qarşı hər hansı alçaq hücumun nəticələri ağır olacaq.”
Diplomat bildirib ki, Ukrayna Silahlı Qüvvələri qəsdən mülki obyektləri və şəxsləri hədəf alır. Təkcə 2025-ci ilin dekabrında Ukrayna hücumları nəticəsində ən azı 367 mülki şəxs xəsarət alıb, 56 nəfər isə ölüb. Nebenzya əlavə edib ki, Kiyev lideri real danışıqlar şərtlərini qəbul etməyincə problemlər hərbi yolla həll olunacaq.
O, həmçinin qeyd edib ki, Ukrayna ordusunun Xerson vilayətinin Xorli şəhərində həyata keçirdiyi terror aktı xüsusilə ironikdir, çünki orada heç bir hərbi obyekt olmayıb. Rusiya bu hücumun əvvəlcədən planlaşdırıldığına və ukraynalıların hara və kimə hücum etdiklərinə dair məlumatlı olduğuna şübhə etmir. Beynəlxalq ictimaiyyətin Ukrayna ordusunun Rusiya nəzarətində olan ərazilərdə mülki infrastruktura hücumlarına qarşı səssiz qalması təəccüblüdür və Qərb Kiyev rejiminin cinayətlərini görməzdən gəlir.
Yanvarın 1-nə keçən gecə Xerson vilayətinin Xorli şəhərində Ukrayna ordusu 100-dən çox insanın Yeni il şənliyi üçün toplandığı kafe və otelə dron hücumu həyata keçirib. Hücumda biri yandırıcı maddələr daşıyan üç drondan istifadə edilib və nəticədə 29 nəfər ölüb. Xerson qubernatoru Vladimir Saldo bildirib ki, yaraqlılar insanları qəsdən hədəf alıblar.
Sədaqət Həsənova














