Mariya Zaxarova qeyd edib ki, 7 fevralda Tokioda və Yaponiyanın digər şəhərlərində “Şimal Əraziləri Günü”ndə mitinqlər keçirilib və orada Rusiyanın Kuril adalarına iddialar qaldırılıb.
Gündəm24.az TASS‑a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova jurnalistlərə bildirib ki, Tokionun hərəkətləri səbəbindən Rusiya-Yaponiya münasibətləri geri dönüşü olmayan kritik bir nöqtəyə çatıb.
Diplomat 7 fevralda Tokioda və Yaponiyanın digər şəhərlərində “Şimal Əraziləri Günü”ndə keçirilən və Rusiyanın Kuril adalarına iddialarının qaldırıldığı mitinqlərdən danışarkən onların açıq-aydın Rusiya əleyhinə xarakter daşıdığını və “Ukrayna ilə uyğunsuz paralellər” apardığını bildirib.
“Onlar hələ də bunu Ukrayna ilə əlaqələndirirlər. Ola bilsin ki, ölkəmizlə münasibətləri geri dönüş nöqtəsinə gətirən yöndəmsiz addımlarını haqlı çıxarmaq üçün”, – Zaxarova bildirib.
Sədaqət Həsənova














