Donald Tramp həmçinin əlavə edib ki, Ağ Ev Venesuelada növbəti otuz gün ərzində yeni seçkilərin keçirilməyəcəyinə inanır.
Gündəm24.az xəbər verir ki, Prezident Donald Tramp NBC News-a müsahibəsində ABŞ-ın Venesuela ilə müharibə vəziyyətində olmadığını, Vaşinqtonun əsas mübarizəsinin narkotik alveri və cinayətkar şəbəkələrə qarşı olduğunu bildirib. O, Venesuelada yaxın 30 gün ərzində seçkilərin mümkün olmadığını vurğulayaraq, əvvəlcə ölkənin “sağlamlaşdırılmalı” olduğunu deyib. Tramp Venesuela məsələləri üzrə Marko Rubio, Pit Heqset, Stiven Miller və vitse-prezident JD Vensdən ibarət xüsusi komandanın fəaliyyət göstərəcəyini açıqlayıb.
Sədaqət Həsənova













