Çərşənbə, İyul 8, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Müəllimlər sertifikasiya imtahanından ömürlük AZAD EDİLƏCƏK? – Təhsil Ekspertindən AÇIQLAMA

19/05/2026 11:42
Elm və təhsil
46 2
Müəllimlər sertifikasiya imtahanından ömürlük AZAD EDİLƏCƏK? – Təhsil Ekspertindən AÇIQLAMA
61
Baxış sayı

Azərbaycanda son dövrlərdə sertifikasiya imtahanlarının yalnız müəyyən sayda keçirilməsi və daha sonra müəllimlərin bu prosesdən tamamilə azad edilməsi məsələsi geniş müzakirə olunur. Bəs müəllimlərin sertifikasiya imtahanından cəmi bir neçə dəfə keçdikdən sonra ömürlük azad edilməsi nə dərəcədə doğru yanaşmadır?

Gündəm24.az xəbər verir ki, məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hal-hazırda müəllimlərin sertifikasiya imtahanı xüsusi təlimatnaməyə əsasən həyata keçirilir. Bu proses mərhələli şəkildə aparılır və bütün fənn müəllimləri imtahana cəlb olunaraq orada iştirak edirlər.

 


Ekspert imtahanın nəticələrinə uyğun tətbiq edilən hüquqi tənzimləmələri xatırladıb:

“Müsbət nəticə göstərən müəllimlər sertifikasiya imtahanından keçmiş hesab olunurlar.

Mənfi nəticə göstərən müəllimlərə bir il müddətinə möhlət verilir. Möhlət bitdikdən sonra onlar təkrar imtahana cəlb edilirlər və ümumi vəziyyət yenidən dəyərləndirilir.

Əgər müəllim təkrar imtahanda da müəyyən nəticə əldə edə bilmirsə, onun əmək müqaviləsinə xitam verilir”.

Ramin Nurəliyev vurğulayıb ki, sertifikasiya imtahanı əslində çox gözəl bir yanaşma və müsbət bir təşəbbüsdür:

“Sertifikasiya imtahanı bizim orta ümumtəhsil məktəblərindəki real vəziyyəti ortaya qoydu. İllərdir öz ixtisası üzrə işləyən bəzi müəllimlərin öz ixtisasını yetərincə bilməməsini, yaxud fənn müəllimi kimi fəaliyyət göstərənlərin tamamilə başqa ixtisası bitirdiyini və pedaqoji sahənin mütəxəssisi olmadığını üzə çıxardı. Bu kimi hallar, əlbəttə ki, orta ümumtəhsil məktəblərindəki müəyyən problemləri aşkara çıxardı və nəticədə bəzi müəllimlərin əmək müqaviləsinə xitam verildi.”

Ekspert bu prosesin gənc müəllimlər üçün yaratdığı müsbət imkanlara da toxunub. O qeyd edib ki, ali təhsil müəssisələrini bitirən çoxlu sayda savadlı gənclərimiz var. Sertifikasiya sayəsində zəif nəticə göstərən müəllimlərin yerinə yeni vakant yerlər açılır və bu gənclər üçün iş imkanları yaranır.

“Müəllimlərin imtahandan tam azad olunmasının tərəfdarı deyiləm”

Müəllimlərin sertifikasiyadan ömürlük azad edilməsi təkliflərinə gəlincə, Ramin Nurəliyev bu yanaşmanın əleyhinə olduğunu bildirib:

“Mən müəllimlərin sertifikasiya imtahanından birdəfəlik azad olunmasının tərəfdarı deyiləm. Çünki imtahandan tam azad olunan müəllim istər-istəməz müəyyən qədər rahatlaşacaq, arxayınlaşacaq. Hesab edirəm ki, sertifikasiya imtahanının mütəmadi olaraq keçirilməsi mütləqdir.”

Ekspertdən yeni model təklifi:

Ekspert prosesin daha səmərəli təşkili üçün öz təkliflərini irəli sürüb. Onun sözlərinə görə, müəllimləri tam sərbəst buraxmaq yox, imtahanların müddətini uzatmaq daha doğrudur:

“İmtahanlar yekunlaşdıqdan sonra, növbəti 5 və ya 7 ildən sonra keçirilən ardıcıl iki imtahanda müsbət nəticə göstərən müəllimlərin sertifikat müddəti daha da uzadıla bilər. Məsələn, 10-12 ildən sonra təkrar imtahana cəlb olunma müddəti müəyyən edilə bilər. Bu, müəllimin üzərində müəyyən bir məsuliyyət təzyiqinin qalmasına və onun mütəmadi olaraq öz üzərində işləməsinə kömək edər.

Ali məktəbi bitirib Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı ilə işə başlayan gənc müəllimlər əvvəlcə 3 ildən sonra, daha sonra isə 5 ildən sonra sertifikasiyaya cəlb olunmalıdırlar. Ümumilikdə, gənc müəllimlərin 15 illik iş təcrübəsinə sahib olana qədər mütəmadi olaraq sertifikasiya imtahanından keçirilməsi tövsiyə olunandır”.

Ekspert yekunda qeyd edib ki, sertifikasiya sisteminin bu formada tənzimlənməsi təhsilin keyfiyyətinin davamlı olaraq yüksək qalmasına xidmət edəcək.

Oxşarxəbərlər

Sertifikasiyadan narazı qalan müəllimlərə ARTİ-dən CAVAB
Elm və təhsil

Sertifikasiyadan narazı qalan müəllimlərə ARTİ-dən CAVAB

06/07/2026 13:04
55
Təhsil İnstitutundan tarix müəllimlərinin etirazına REAKSİYA
Elm və təhsil

Təhsil İnstitutundan tarix müəllimlərinin etirazına REAKSİYA

03/07/2026 13:52
58
Tamştatlı müəllim olmaq istəyənlərin diqqətinə – Mühüm məqamlar AÇIQLANDI
Elm və təhsil

Tamştatlı müəllim olmaq istəyənlərin diqqətinə – Mühüm məqamlar AÇIQLANDI

01/07/2026 17:03
61
Hafiz Paşayevdən nazirə: HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ – VİDEO
Elm və təhsil

Hafiz Paşayevdən nazirə: HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ – VİDEO

01/07/2026 11:15
59
Nazir 51 balın necə hesablandığını AÇIQLADI
Elm və təhsil

Nazir 51 balın necə hesablandığını AÇIQLADI

30/06/2026 10:43
56
Rektor ona vəzifə verdi – FOTO
Elm və təhsil

Rektor ona vəzifə verdi – FOTO

29/06/2026 18:00
58

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

NATO-nun yekun bəyannaməsi imzalandı – Türkiyə öhdəlik götürdü

NATO-nun yekun bəyannaməsi imzalandı – Türkiyə öhdəlik götürdü

08/07/2026 16:48
50
“İnsanlar Marsa getmir” – Bakı-Tiflis qatarının qiymətinə sərt REAKSİYA

“İnsanlar Marsa getmir” – Bakı-Tiflis qatarının qiymətinə sərt REAKSİYA

08/07/2026 16:47
50
Balakən sakinini sel apardı

Balakən sakinini sel apardı

08/07/2026 16:40
50
Bakıda DƏHŞƏT: Kişi və arvadının meyitləri tapıldı

Bakıda DƏHŞƏT: Kişi və arvadının meyitləri tapıldı

08/07/2026 16:25
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
60

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
64

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

07/07/2026 09:50
57

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

06/07/2026 10:07
64

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.