Çərşənbə, İyul 8, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Müəllimlərin sertifikasiyasında köklü dəyişiklik olacaq? – İlqar Orucov AÇIQLADI

19/05/2026 17:25
Elm və təhsil
48 3
Müəllimlərin sertifikasiyasında köklü dəyişiklik olacaq? – İlqar Orucov AÇIQLADI
65
Baxış sayı

“Müəllimlərin sertifikatlaşdırılması prosesinin cari mərhələsi üçün mövcud imtahan formatında və qiymətləndirmə qaydalarında köklü dəyişiklik nəzərdə tutulmur. Elm və Təhsil Nazirliyinin rəsmi açıqlamasına görə, ilk beş dövr tamamlanana qədər qaydaların sabit saxlanması planlaşdırılır ki, əvvəlki illərdə imtahan verən müəllimlərə qarşı qeyri-bərabər münasibət yaranmasın”.

Bunu Redaktor.az-a müəllimlərin sertifikasiya imtahanından danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi.

Onun sözlərinə görə, bu prosesin genişləndirilməsi və bəzi texniki-təşkilati məsələlərlə bağlı müəyyən yeniliklər var:

“Bu il ilk dəfə olaraq tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri sertifikasiya imtahanına cəlb olunur. Birinci qrup görmə məhdudiyyətli müəllimlər üçün imtahanda əlavə 60 dəqiqə vaxt ayrılması və qrafik sualların yazılı mətnlərlə əvəz olunması kimi dəyişikliklər təsdiqlənib. Eyni zamanda Milli Məclisdə qəbul olunan qanun layihəsinə əsasən, artıq uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müəllimləri də attestasiya əvəzinə sertifikasiyaya cəlb olunur. Bu isə Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrə aiddir. Hansısa dəyişikliklər edilməlidirmi? Əslində, mən düşünürəm ki, ilk növbədə əsas dəyişiklik ballara mütənasib differensial əməkhaqqı yanaşması ilə bağlı ola bilər. Çünki məlumdur ki, 51 və daha yüksək bal toplayanlara 35%, 31-50 bal toplayanlara isə 10% əlavə verilir. Mən düşünürəm ki, bir bal fərqinin əməkhaqqında 25% fərq yaratması kifayət qədər ədalətsiz yanaşmadır. Məsələn, 50 bal toplayan müəllim 10% əlavə alır, amma 51 bal toplayan müəllim 35% əlavə alır. Mən hesab edirəm ki, bu yanaşma dəyişdirilməlidir. Baxmayaraq ki, müəllimlərin sertifikasiyaya cəlb olunması ilə bağlı Elm və Təhsil Nazirliyinin mövqeyini hər zaman dəstəkləmişəm, bu gün də dəstəkləyirəm və hesab edirəm ki, bu, keyfiyyətli təhsil naminə atılmış düzgün addımdır. Ballara uyğun əməkhaqqı diferensiasiyasında dəyişiklik mütləq lazımdır. Məsələn, 31-35 bal toplayanlar üçün ayrıca faiz, 36-40 bal toplayanlar üçün fərqli faiz tətbiq oluna bilər və s. Hazırkı vəziyyətdə 31 bal toplayanla 50 bal toplayan müəllim arasında fərq yoxdur, eyni zamanda 51 baldan yuxarı nəticələrdə də eyni yanaşma tətbiq olunur. Bu baxımdan yanaşma dəyişdirilməlidir və mən bunun tərəfdarıyam”.

Ekspert bildirdi ki, 30 ildən çox stajı olan və beynəlxalq uğurları olan yaradıcı müəllimlərin sertifikasiyadan azad edilməsi də məqsədəuyğun hesab olunur:

“Çünki bu kateqoriyaya daxil olan müəllimlərin hazırladığı şagirdlər beynəlxalq yarışlarda uğur qazanır, onların elmi məqalələri, araşdırmaları, kitabları və elmi dərəcələri olur. Bu baxımdan yanaşma differensial şəkildə tətbiq edilməlidir. Bununla yanaşı, 20 ildən artıq qüsursuz fəaliyyət göstərmiş yaşlı nəsil müəllimlərlə yeni fəaliyyətə başlayan gənc müəllimlər üçün imtahan sualları və metodoloji tələblər fərqləndirilə bilər. Müəllimin sinifdaxili fəaliyyəti və şagird nailiyyətlərinin də qiymətləndirmə sisteminə inteqrasiyası təmin olunsa, bu, daha effektiv nəticə verə bilər. Çünki yalnız nəzəri biliklərin qiymətləndirilməsi məsələyə birtərəfli yanaşmaya səbəb olur. Digər tərəfdən, metodika üzrə sualların təkmilləşdirilməsinə ehtiyac var. Test mərhələsində kurikulum və metodologiya ilə bağlı bəzi mübahisəli nəzəri suallar azaldılmalı, daha çox praktiki, sinif idarəetməsinə yönəlmiş situasiya tipli suallara üstünlük verilməlidir. Bu yanaşma müəllimlərdə stresi də azalda bilər. Nəticə etibarilə, bu yanaşma ümumilikdə doğru və faydalıdır, prosesin özü isə dəyərlidir. Mən bunu son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən ən düzgün addımlardan biri kimi qiymətləndirirəm və dəstəkləyirəm”.

Oxşarxəbərlər

Sertifikasiyadan narazı qalan müəllimlərə ARTİ-dən CAVAB
Elm və təhsil

Sertifikasiyadan narazı qalan müəllimlərə ARTİ-dən CAVAB

06/07/2026 13:04
55
Təhsil İnstitutundan tarix müəllimlərinin etirazına REAKSİYA
Elm və təhsil

Təhsil İnstitutundan tarix müəllimlərinin etirazına REAKSİYA

03/07/2026 13:52
58
Tamştatlı müəllim olmaq istəyənlərin diqqətinə – Mühüm məqamlar AÇIQLANDI
Elm və təhsil

Tamştatlı müəllim olmaq istəyənlərin diqqətinə – Mühüm məqamlar AÇIQLANDI

01/07/2026 17:03
61
Hafiz Paşayevdən nazirə: HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ – VİDEO
Elm və təhsil

Hafiz Paşayevdən nazirə: HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ – VİDEO

01/07/2026 11:15
59
Nazir 51 balın necə hesablandığını AÇIQLADI
Elm və təhsil

Nazir 51 balın necə hesablandığını AÇIQLADI

30/06/2026 10:43
56
Rektor ona vəzifə verdi – FOTO
Elm və təhsil

Rektor ona vəzifə verdi – FOTO

29/06/2026 18:00
58

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyev iqtisadiyyat nazirinə yeni səlahiyyət verdi

İlham Əliyev iqtisadiyyat nazirinə yeni səlahiyyət verdi

08/07/2026 15:51
51
Prezident fərman imzaladı – Qadağan edildi

Prezident fərman imzaladı – Qadağan edildi

08/07/2026 15:41
51
Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi

Prezidentdən bu şəxslərlə bağlı SƏRƏNCAM – Rütbələr verildi

08/07/2026 15:26
50
Dənizdə boğulma hallarının sirri: FHN vətəndaşlara müraciət etdi

Dənizdə boğulma hallarının sirri: FHN vətəndaşlara müraciət etdi

08/07/2026 14:22
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
60

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
64

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

07/07/2026 09:50
57

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

06/07/2026 10:07
64

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.