Azxəbər.com-un məlumatına görə, Fərəh Samirəqızı məhkəmənin qərarı ilə 500 manat məbləğində cərimələnib və sərbəst buraxılıb.
13:38
Müğənni Fərəh Samirəqızı saxlanılıb.
Gündəm24.az lent.az-a istinadən xəbər verir ki, Fərəh Samirəqızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb.
Fərəh yaxın saatlarda məhkəmə qarşısına çıxarılacaq.
Müğənninin anası Samirə Yusifqızı isə Azxeber.com-a məlumatı təkzib edib:
“Xeyr, bu xəbər yalandır. Heç bir saxlanılma yoxdur. Qızım hazırda evdədir”.
Qeyd edək ki, müğənni Fərəh meyxanaçı Samirənin qızıdır. Onun sosial mediada həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı tənqid və qəzəblə qarşılanıb.














