Cümə, Noyabr 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Məleykə Abbaszadə nazirin tabeliyinə keçdi – Münasibətlər necə olacaq?

19/11/2026 13:17
Elm və təhsil, Manşet
793 41
Məleykə Abbaszadə nazirin tabeliyinə keçdi – Münasibətlər necə olacaq?
690
Paylaşım sayı
959
Baxış sayı

Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinə (BDU) rektor təyin olunması təhsil idarəçiliyində maraqlı bir dəyişikliyə səbəb olub. Bu təyinat həm də indiyədək fərqli idarəetmə sistemlərində fəaliyyət göstərən iki yüksək vəzifəli şəxsin – elm və təhsil naziri Emin Əmrullayevlə Məleykə Abbaszadənin institusional münasibətlərində yeni vəziyyət yaradıb.

Gündəm24.az  modern.az-a istinadən xəbər verir ki, uzun müddətdir təhsil ictimaiyyətində və kuluarlarda Məleykə Abbaszadə ilə Emin Əmrullayev arasında münasibətlərin elə də isti olmadığı barədə söhbətlər dolaşırdı. Bu barədə təsdiqlənmiş məlumat olmasa da, onların təhsil idarəçiliyinə yanaşmalarının və səlahiyyətlərinin fərqli olması diqqət çəkirdi.

Məsələnin maraqlı tərəfi ondan ibarət idi ki, Məleykə Abbaszadə DİM sədri kimi Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərmirdi. Onun rəhbərlik etdiyi qurumun hüquqi statusu və idarəetmə mexanizmi nazirlikdən fərqli idi.

DİM sədri nazirə tabe deyildi

2016-cı il 11 aprel tarixli fərmanı ilə yaradılan Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir. Mərkəzin Nizamnaməsində onun fəaliyyətində müstəqil olduğu açıq şəkildə göstərilir.

DİM-in fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı 2024-cü il tarixli fərmanda da qurum rəhbərliyinin Elm və Təhsil Nazirliyi ilə bağlılığı qeyd olunmayıb.

Bütün bunlar isə o demək idi ki, Məleykə Abbaszadə DİM-ə sədrlik etdiyi dövrdə Emin Əmrullayevin rəhbərlik etdiyi nazirliyin tabeliyində olan vəzifəli şəxs deyildi. DİM və Elm və Təhsil Nazirliyi ayrı-ayrı idarəetmə strukturları kimi fəaliyyət göstərirdi.

BDU-da vəziyyət fərqlidir

İndi isə vəziyyət dəyişir.

Bakı Dövlət Universiteti 2017-ci ildə Prezidentin sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik quruma çevrilib. Nazirliyin adı sonradan Elm və Təhsil Nazirliyi olaraq dəyişdirilsə də, universitetin tabelik statusu qüvvədədir.

Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində də BDU nazirliyin tabeliyində olan ali təhsil müəssisələri sırasında göstərilir.

BDU-nun Nizamnaməsi bu münasibətləri daha konkret müəyyənləşdirir. Sənədə əsasən, universitetə münasibətdə təsisçinin bir sıra səlahiyyətlərini Elm və Təhsil Nazirliyi həyata keçirir. Bunlara universitetin inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi, idarəetmə və nəzarət mexanizmləri ilə bağlı səlahiyyətlər daxildir.

Nizamnamənin 6.1-ci bəndinə görə, universitetin fəaliyyətinə nəzarəti Elm və Təhsil Nazirliyi, həmçinin universitetin idarəetmə orqanları həyata keçirir. Nazirlik BDU-da planlı və plandankənar yoxlamalar da apara bilər. Universitetin illik hesabatı da nazirliyə təqdim olunur.

Başqa sözlə, BDU-nun rektoru artıq nazirliyin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsinin rəhbəridir.

Bəs Emin Əmrullayev Məleykə Abbaszadənin birbaşa rəhbəri olacaq?

Burada hüquqi baxımdan mühüm bir nüans var.

BDU-nun Nizamnaməsinin 4.10-cu bəndinə əsasən, rektoru vəzifəyə təyin və vəzifədən azad etmək Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətidir. Məleykə Abbaszadə də məhz Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixli sərəncamı ilə bu vəzifəyə gətirilib.

Deməli, Emin Əmrullayevin BDU rektorunu vəzifəyə təyin etmək və ya vəzifədən azad etmək səlahiyyəti yoxdur. Bu mənada rektorun birbaşa kadr rəhbəri nazir deyil.

Lakin universitetin nazirliyin tabeliyində olması, nazirliyin təsisçi səlahiyyətlərinin bir hissəsini həyata keçirməsi, fəaliyyətə nəzarət etməsi, hesabatları qəbul etməsi və bir sıra idarəetmə məsələlərində razılıq verməsi rektorla nazirlik arasında ciddi institusional bağlılıq yaradır.

Bu baxımdan Məleykə Abbaszadənin yeni vəzifəsində Emin Əmrullayevin rəhbərlik etdiyi nazirliklə əvvəlkindən fərqli idarəetmə münasibətləri formalaşacaq.

Bir sözlə, DİM-də müstəqil publik hüquqi şəxsin rəhbəri olan Məleykə Abbaszadə indi Elm və Təhsil Nazirliyinin tabeliyindəki ölkənin ən böyük ali təhsil müəssisələrindən birinə rəhbərlik edəcək.

Təhsil idarəçiliyində maraqlı sual da elə buradan yaranır: uzun illər fərqli idarəetmə müstəvilərində fəaliyyət göstərmiş iki şəxsin bundan sonrakı iş münasibətləri necə qurulacaq?

Oxşarxəbərlər

Ordumuzun mayoru qəfil vəfat ETDİ
CƏMİYYƏT

Ordumuzun mayoru qəfil vəfat ETDİ

20/11/2026 14:29
953
Paytaxtın bu ərazisində mənzil qiymətləri əl yandırır – 2 MİLYON MANAT!
CƏMİYYƏT

Paytaxtın bu ərazisində mənzil qiymətləri əl yandırır – 2 MİLYON MANAT!

20/11/2026 14:27
952
AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
CƏMİYYƏT

AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü

20/11/2026 14:18
951
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Manşet

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

20/11/2026 14:09
951
Əli Lətifov vəfat etdi: ölüm səbəbi-FOTO
CƏMİYYƏT

Əli Lətifov vəfat etdi: ölüm səbəbi-FOTO

20/11/2026 13:58
953
Bu tərəvəzi əkən VARLANDI – Kilosu 2300 manatdır
CƏMİYYƏT

Bu tərəvəzi əkən VARLANDI – Kilosu 2300 manatdır

20/11/2026 13:33
951

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ordumuzun mayoru qəfil vəfat ETDİ

Ordumuzun mayoru qəfil vəfat ETDİ

20/11/2026 14:29
953
Paytaxtın bu ərazisində mənzil qiymətləri əl yandırır – 2 MİLYON MANAT!

Paytaxtın bu ərazisində mənzil qiymətləri əl yandırır – 2 MİLYON MANAT!

20/11/2026 14:27
952
AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü

AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü

20/11/2026 14:18
951
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

20/11/2026 14:09
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Ağzıbir kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Ağzıbir kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

20/11/2026 08:20
956

Qarakənd faciəsi- müstəqilliyin ağır sınaqları

19/11/2026 22:59
972

Qərbi Azərbaycanın Nərədüz kəndi – Göyçə mahalının qədim tarixi yaşayış məskəni

Qərbi Azərbaycanın Nərədüz kəndi – Göyçə mahalının qədim tarixi yaşayış məskəni

19/11/2026 08:58
962

Qərbi Azərbaycanın Ayrum kəndi – qədim türk tayfasının adını yaşadan yurd

Qərbi Azərbaycanın Ayrum kəndi – qədim türk tayfasının adını yaşadan yurd

18/11/2026 08:05
960

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.