Cümə, Noyabr 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Məleykə Abbaszadəni kim əvəz edəcək? – Yeni ad açıqlandı

20/11/2026 12:52
Elm və təhsil, Manşet
778 49
Məleykə Abbaszadəni kim əvəz edəcək? – Yeni ad açıqlandı
685
Paylaşım sayı
951
Baxış sayı

Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunub. Bu təyinatdan sonra DİM-ə kimin rəhbərlik edəcəyi məsələsi gündəmə gəlib. Yeni sədrin kim olacağı ilə bağlı müxtəlif ehtimallar səsləndirilir.

Mövzu ilə bağlı “Bakupost”a təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, DİM-ə təhsil sistemini dərindən tanıyan, idarəçilik təcrübəsinə və bu sahədə konkret nailiyyətlərə malik şəxsin rəhbər təyin olunması məqsədəuyğun olardı.

Ekspert Məleykə Abbaszadənin DİM-ə rəhbərlik etdiyi dövrdə qurumda formalaşdırdığı idarəçilik prinsiplərini yüksək qiymətləndirib:
“Xüsusilə Dövlət İmtahan Mərkəzindəki fəaliyyəti dövründə Məleykə xanımın şəffaflıq, obyektivlik, doğruluq və dürüstlük prinsiplərinə sadiqliyi danılmazdır. Hesab edirəm ki, Məleykə xanım Dövlət İmtahan Mərkəzindəki fəaliyyəti dövründə formalaşdırdığı şəffaf və qeyri-leqal yanaşmalardan uzaq idarəçilik təcrübəsi Bakı Dövlət Universitetindəki fəaliyyətində də özünü göstərəcək. Son dövrlərdə Bakı Dövlət Universitetində gündəmə gələn bir sıra problemlərin, o cümlədən korrupsiya məsələlərinin həllini tapacağına və bu hallara son qoyulacağına ümid edirik.

Dövlət İmtahan Mərkəzinə gəlincə, hesab edirəm ki, builki qəbul imtahanlarında ciddi dəyişikliklər olmayacaq. Əgər müəyyən dəyişikliklər edilərsə, xüsusilə imtahanların asanlaşdırılması və sadələşdirilməsi müsbət addım olar. Çünki qəbul imtahanlarının hazırda beş, altı fənn üzrə keçirilməsi o qədər də müsbət təəssürat yaratmır. Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, bir çox ölkədə universitetlərə qəbul prosesi nisbətən asanlaşdırılır, universitetdə təhsil isə daha çətin və tələbkar olur. Ümid edirik ki, yeni rəhbərlik bu istiqamətdə müvafiq addımlar atacaq”.

Ramin Nurəliyev DİM-in yeni sədri ilə bağlı ilkin ehtimallarını da açıqlayıb. Onun fikrincə, bu vəzifəyə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovun və Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun namizədliyi nəzərdən keçirilə bilər:

“Elmar Qasımovhəm rəhbər vəzifələrdə çalışıb, Elm və Təhsil nazirinin müavini olub. Eyni zamanda, Bakı Ali Neft Məktəbinə rəhbərlik etdiyi dövrdə bu təhsil müəssisəsini sıfırdan quraraq onun inkişafına və cəmiyyətdə yüksək nüfuz qazanmasına töhfə verib. Eləcə də Rüfət Əzizovun da Sumqayıt Dövlət Universitetindəki fəaliyyəti dövründə korrupsiya problemlərinin aradan qaldırılması istiqamətində mühüm addımlar atdığını düşünürəm. Onun Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rəhbər təyin olunmasından sonra universitetin inkişafı göz önündədir. Beynəlxalq reytinqlərdə universitetin mövqeyinin yaxşılaşmasını da onun fəaliyyəti ilə əlaqələndirmək olar. Hesab edirəm ki, bu iki şəxsdən birinin Dövlət İmtahan Mərkəzinə rəhbər təyin olunması qurumun fəaliyyətinin və əldə etdiyi uğurların davam etdirilməsinə mühüm töhfə verə bilər. Açığı, yeni rəhbər vəzifəsində məhz bu iki şəxsdən birini görməyi arzulayardım”.

Oxşarxəbərlər

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?
CƏMİYYƏT

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

20/11/2026 12:24
952
Milli Məclis bu məsələlərə BAXACAQ
CƏMİYYƏT

Milli Məclis bu məsələlərə BAXACAQ

20/11/2026 12:23
952
Bu qurumlar bağlanacaq, digərləri birləşdiriləcək – AÇIQLAMA
CƏMİYYƏT

Bu qurumlar bağlanacaq, digərləri birləşdiriləcək – AÇIQLAMA

20/11/2026 11:58
952
Bakıda avtobusda insident: VİDEO
Hadisə

Bakıda avtobusda insident: VİDEO

20/11/2026 11:47
951
Göyçayda qəzada ölən 35 yaşlı Vasifin FOTOSU
Hadisə

Göyçayda qəzada ölən 35 yaşlı Vasifin FOTOSU

20/11/2026 11:31
951
Qonşu ölkədə MATƏM ELAN OLUNDU
Dünya

Qonşu ölkədə MATƏM ELAN OLUNDU

20/11/2026 10:57
951

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Məleykə Abbaszadəni kim əvəz edəcək? – Yeni ad açıqlandı

Məleykə Abbaszadəni kim əvəz edəcək? – Yeni ad açıqlandı

20/11/2026 12:52
951
Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

20/11/2026 12:24
952
Milli Məclis bu məsələlərə BAXACAQ

Milli Məclis bu məsələlərə BAXACAQ

20/11/2026 12:23
952
Bu qurumlar bağlanacaq, digərləri birləşdiriləcək – AÇIQLAMA

Bu qurumlar bağlanacaq, digərləri birləşdiriləcək – AÇIQLAMA

20/11/2026 11:58
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Ağzıbir kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Ağzıbir kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

20/11/2026 08:20
956

Qarakənd faciəsi- müstəqilliyin ağır sınaqları

19/11/2026 22:59
971

Qərbi Azərbaycanın Nərədüz kəndi – Göyçə mahalının qədim tarixi yaşayış məskəni

Qərbi Azərbaycanın Nərədüz kəndi – Göyçə mahalının qədim tarixi yaşayış məskəni

19/11/2026 08:58
962

Qərbi Azərbaycanın Ayrum kəndi – qədim türk tayfasının adını yaşadan yurd

Qərbi Azərbaycanın Ayrum kəndi – qədim türk tayfasının adını yaşadan yurd

18/11/2026 08:05
960

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.