Şənbə, May 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Məni narkomanlarla evdə tək qoyurdular” – Bıçaqlanan ana

07/05/2026 11:27
Kriminal
50 1
“Məni narkomanlarla evdə tək qoyurdular” – Bıçaqlanan ana
65
Baxış sayı

Ötən ilin noyabrında Abşeronun Saray qəsəbəsində anasını 13 bıçaq zərbəsi ilə qətlə yetirməyə çalışan 2001-ci il təvəllüdlü Balaəli Cavadovun məhkəməsi keçirilib.

Gündəm24.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona hökm oxunub.
Bildirilib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Belə ki, hadisədən bir müddət əvvəl Balaəlinin anası V.Cavadova evi tərk edib. Qadın ərinin və iki oğlunun narkotik vasitə qəbul etmələrindən, nalayiq hərəkətlərə yol vermələrindən bezərək başqa ev tutub və oraya köçüb.
Zərərçəkmiş qadın məhkəmədəki ifadəsində oğullarının da, ərinin də narkotik istifadəçisi olduğunu bildirib.
“Mən övladlarım üçün çox əziyyət çəkmişəm, lakin qarşılığını görə bilməmişəm. Oğlum Elnur (şərti) əsgərliyə gedəndən sonra onun qollarını kəsməsi ilə bağlı xəbər gəldi, Balaəli əsgərliyə gedəndən sonra onun əsgərlikdən qaçdığı xəbəri gəldi. Mən Balaəlinin əsgərlikdən qaçmasının qarşısını aldım və qardaşımla onu geri apararkən Balaəli qardaşıma “şüşə” çəkdiyini etiraf etdi. Ümumiyyətlə, mən yoldaşımın da, Balaəli və Elnurun da narkotik istifadəçisi olduğunu bilirdim.
Yoldaşım evə dəfələrlə narkomanları gətirirdi, oğullarım narkomanlarla məni evdə tək qoyurdular, mən bıçaqlandıqdan sonra digər oğlum Elnur 3 dəfə tutulub. Yoldaşımın da narkotikə görə məhkumluğu olub. Mən bütün bunlara nə qədər dözməli idim? Evdə sadəcə mən işləyirdim və mənim günə 12 manata işləməyimə baxmayaraq, evə 20 manatlıq bazarlıq gətirəndə yoldaşım da, oğullarım da bunu sorğulamırdılar. Evə gec saatlarda gələndə narkotik vasitə istifadə etmək üçün yoldaşım məni evdən çölə çıxarırdı. Mən evə internet çəkdirmək üçün bir nəfər şəxslə telefonumda danışan zaman Elnur məni döydü. Hansı ki “Tiktok” sosial şəbəkəsində uyğunsuz şəxslərlə əlaqə saxlayırdı. Qeyd etdiyim bütün bu məsələlərə görə evi tərk etdim.
Başqa evdə yaşasam da, Balaəli yanıma gəlib-gedirdi. Balaəli ad günü münasibətilə məndən ona telefon almağımı istəmişdi, mən ona telefon aldım və telefonu satmayacağına söz verdi. Lakin daha sonra mənə zəng vurmamağından şübhələndim, habelə, bir nəfər tanışım mənə Balaəlinin mənim paltarlarımı 50 qəpiyə, bir manata satdığı ilə bağlı məlumat vermişdi.
Baləlidə qaldığım evin açarı var idi. Həmin gün içəri girdi və qapını bağladı. Onunla normal söhbət edirdim, lakin içimdə bir hiss var idi. Ondan telefonu niyə satdığını soruşdum, o isə “başımı xarab eləmə, əcəb etmişəm və s.” dedi. Mən isə onu söydüm və mənə “onsuzda səni qanına qaltan etməyə gəlmişəm” dedi. Daha sonra mən paltarlarımı dəyişmək üçün otağa keçdim, paltarlarımı tam geyinməmiş Balaəli içəri daxil oldu. Çölə çıxmağını istədim, çıxıb dərhal geri qayıtdı və nalayiq söz işlədərək məni bıçaqla vurdu. Mən qışqıraraq kömək istəyirdim, Balaəli isə bıçaq zərbələrinə davam edirdi. Daha sonra çölə qaçdı. Bibimə zəng vurdum, “ölürəm, kömək edin” dedim. Sonrakı baş verənləri isə huşum üzərimdə olmadığına görə xatırlamıram. Balaəlidən şikayətim yoxdur, mənəvi olaraq onu bağışlamasam da, barışmışam”, – ana öz ifadəsində qeyd edib.
B.Cavadov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 7 il 10 ay 15 gün həbsə məhkum edilib.

Oxşarxəbərlər

Keçmiş Merin ailəsində dəhşətli qətl
Kriminal

Keçmiş Merin ailəsində dəhşətli qətl

22/05/2026 08:53
53
14 yaşlı yeniyetmə bıçaqlandı
Kriminal

14 yaşlı yeniyetmə bıçaqlandı

21/05/2026 19:47
54
Qadın müğənnini öldürüb meyitini kanala atdılar
Kriminal

Qadın müğənnini öldürüb meyitini kanala atdılar

21/05/2026 10:58
56
Moskvada məşhur qəzetin binasına BASQIN EDİLDİ
Kriminal

Moskvada məşhur qəzetin binasına BASQIN EDİLDİ

19/05/2026 21:12
53
Goranboyda iki qadın qətlə yetirildi
Kriminal

Goranboyda iki qadın qətlə yetirildi

19/05/2026 18:32
66
DƏHŞƏT! 15 yaşlı qızın güllələnmiş meyiti tapıldı – FOTO
Kriminal

DƏHŞƏT! 15 yaşlı qızın güllələnmiş meyiti tapıldı – FOTO

18/05/2026 16:30
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Hakan Fidan Rubio ilə görüşdü

Hakan Fidan Rubio ilə görüşdü

23/05/2026 09:55
63
Qan təzyiqini ölçmək üçün ən dəqiq metod

Qan təzyiqini ölçmək üçün ən dəqiq metod

23/05/2026 09:44
55
Bərdədə məktəbli ölü tapıldı: Hadisənin səbəbi bilinmir

Bərdədə məktəbli ölü tapıldı: Hadisənin səbəbi bilinmir

23/05/2026 09:41
52
Peyvənddən imtina edən valideynlərə XƏBƏRDARLIQ

Peyvənddən imtina edən valideynlərə XƏBƏRDARLIQ

23/05/2026 09:24
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
64

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

22/05/2026 16:38
53

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

22/05/2026 15:14
54

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

22/05/2026 14:45
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.