Xalq artisti Afaq Bəşirqızı məşhur “Bəxt üzüyü” filmindəki “Söylü” obrazına bənzədilməsinə etiraz edib.
Aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb.
“Mənə sual verirlər ki, həyatda özünüzü “Söylü”yə oxşadırsınız? Cavab verdim ki, yox. Məni “Söylü”yə oxşatmayın. Mən “Söylü” ola bilmərəm. Amma onu çox sevirəm”.
Aktrisa öz tamaşalarını sonradan izləməsi məsələsinə toxunub:
“Etiraf edim ki, mən oğlumun toyuna baxmamışam. “Bala başa bəla” tamaşasına isə 6-7 dəfə baxmışam”.
Afaq Bəşirqızı tənqidlərdən də söz açıb:
“Bu da bekarçılıqdan, savadsızlıqdan irəli gəlir. İnsan əli ilə qazdığı quyuya düşüb, başqalarını da salır. Ən yaxşı tənqidçi elə özüməm. Bilirəm ki, nəyi düz etdim, nəyi yox”. (Axşam.az)













